Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:22

Süni intellekt klip çəkdi


Foto illüstrasiya
Foto illüstrasiya

-

BBC-nin yazdığına görə, Fransanın Kann şəhərində keçirilən beynəlxalq «Lions» reklam festivalında süni intellektin hazırladığı klip göstərilib.

Fransanın musiqi qruplarından birinin yer aldığı klipi bir reklam şirkəti çəkib. Əksər tamaşaçıların sıxıcı saydığı klipin əsas özəlliyi çəkilişin hər mərhələsində süni zəkadan yararlanmaqdır.

Minifilmin rejissoru Andy Gulliman çəkilişin mərhələlərini açıqlarkən deyib ki, öncə mahnını kompüterə yükləyiblər.Ssenari də daxil, tretmanı (detallı layihəni) kompüter hazırlayıb. «Al Spielberg» adlanan başqa bir proqram kamera və dronlardan yararlanaraq, klipin çəkilişlərini yönəldib.

AKTYORLARI DA PROQRAM SEÇİB

Klipin çəkilişində bir çox proqramdan istifadə edilib. «IBM Watson» adlı proqram mahnının sözlərini incələyərək, duyğusal yönlərini üzə çıxarıb. Musiqinin ritmi baxımından səhnələrin harada kəsiləcəyinə də proqram «qərar verib».

Klipin aktyorlarını da süni intellekt seçib. Proqram əvvəlcə aktyorları beyinlərinə görə incələyib və mahnının sözlərindəki hissləri yaşaya bilən ifaçıları seçib.

Görüntü effektlərindən ötrü hər hansı fotonu sanki sənət əsərinə çevirən proqram hazırlanıb.

Adı açıqlanmayan fransız qrupu klipi o qədər də bəyənmədiyindən, onun tam yayımlanmasına icazə verməyib.

XS
SM
MD
LG