Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Süni göz xəstəni işığa qovuşdurub


Jamie Carley
Jamie Carley

-

ABŞ-ın Denver şəhərində bir xəstə süni gözlə dünya işığına qovuşub.

«Daily Mail» yazır ki, 51 yaşlı Jamie Carley 5 saat sürən göz implantasiyası əməliyyatı keçirib. Həkim Naresh Mandava xəstəyə bionik gözü ötən ilin noyabrında implantasiya etsə də, son sazlama işləri keçən həftə başa çatıb..

Gözün torlu qişasına mikroçip, daxili kamera və ötürücü qurğulu ayrıca gözlük quraşdırılıb. Jamie işıq və qaranlığı ayırd edə, əşyaların cizgilərini görə bilib.

Jamie 26 yaşında kor olub. O, nadir irsi degenerativ xəstəlikdən əziyyət çəkir.

Xüsusi gözlük, mikroçip və əməliyyat bütövlükdə 150 min dollara başa gəlib. Sığortaşirkəti amerikalının bütün xərclərini qarşılayıb.

XS
SM
MD
LG