Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 17:43

Qəzada yaralananların müalicəsi davam edir


«Fevralın 21-də Sumqayıtda baş verən yol qəzası ilə bağlı 31 nəfər xəstəxanaya gətirilib, onlardan 12-si müayinədən sonra evə buraxılıb». Bunu Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, hazırda 19 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicələrini davam etdirir: «Onlardan 6 nəfəri reanimasiya şöbəsinə, 9-u travmatologiya şöbəsinə, 4 nəfər neyrocərrahiyyə şöbəsinə yerləşdirilib».

Nazirlikdən deyilib ki, qəzaya düşən avtobusda olan, amma xoşbəxtlikdən xəsarət almayan bir hamilə qadın da xəstəxanaya gətirilib: «Sadəcə hadisədən sonra psixoloji travma ehtimali və səhhətinin öyrənilməsi ilə bağlı bu tədbir görülüb».

Xatırlama

Dünən, fevralın 21-də axşam saatlarında Sumqayıtda 30 saylı marşrutla hərəkət edən avtobus qəzaya düşüb. Onun əvvəlcə bir avtomobillə toqquşduğu və sonradan yaşayış binasına çırpıldığı bildirilir. Qəzada 30-dan çox şəxs xəsarət alıb.

Multimedia

XS
SM
MD
LG