Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 20:39

'Şərq bazarı' ətrafındakı mübahisələr bitmir


Hasarlanmış dükanlar.

«Sumqayıt məhkəməsinin hakimi ləğv olunmuş sənəd əsasında «bazarkom»un xeyrinə qərar çıxarıb».

Sumqayıtdakı «Şərq bazarı»nda ticarətlə məşğul olan 66 sahibkar AzadlıqRadiosuna daha bir məktub göndərib. Sahibkarlar yazır ki, ötən il iyulun 25-də Sumqayıt Şəhər Məhkəməsi onlara məxsus ticarət mağazalarının sökülməsi və onlardan 140 min manat tutularaq, bazarın keçmiş sahibinə ödənilməsi barədə qətnamə çıxarıb. Bu qətnamə sahibkarları hiddətləndirib. Sahibkarlar hesab edirlər ki, hakim qətnaməni çıxararkən hüquqi qüvvəsini itirmiş sənədlərə əsaslanıb.

«Şərq bazarı»nın keçmiş direktoru Rəşid Babayev və bazarın digər təsisçisi Afət Həsənova məhkəmədə iddia qaldırıblar. Onlar Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında mülkiyyətlərində olan torpaq sahəsində inşa edilmiş 7 metr hündürlüyündə dəmir beton dirəklərdən ibarət, üç tərəfdən bazarı əhatələyən karkasın sökülməsini tələb ediblər. Üstəlik, yarımçıq tikililərin inşası nəticəsində şirkətə vurulmuş 140 min manatın cavabdehlərdən – yəni sahibkarlardan tutulmasını istəyiblər. Hakim iddianı təmin edib.

DİRƏKLƏR HANSI TƏRƏFDƏDİR?

Sahibkarların nümayəndəsi Yusif Məmmədov deyir, məhkəmə qətnaməsi ilə sökülməsi tələb olunan dirəklər bazarın ərazisinə düşmür: «Çünki 2013-cü ildə Rəşid Babayevin və digər təsisçinin mülkiyyətində olan 1 hektar 8 sot torpaq sahəsinə aid Çıxarışı Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun sərəncamıyla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti etibarsız sayıb. Ərazinin 25 sotu isə sahibkarların mülkiyyətinə verilib. Həmin mülkiyyətçilərin mülkiyyət hüquqlarının qeydiyyatı Daşınmaz Dövlət Reyestrində ləğv olunub. Belə olan halda, hakim hansı əsasla «bazarkom»un iddiasını təmin edib, bizə çox təəccüblü gəldi».

Buna da bax-66 sahibkarın dükanı hasarlandı - 300 nəfər işsiz qaldı

Sahibkarlar qətnamədən apellyasiya şikayəti veriblər. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. Sonuncu məhkəmə iclasına dəvət olunmuş Ədliyyə Nazirliyinin ekspertinə tapşırılıb ki, məhkəmə predmeti olan həmin dirəklərin hansı tərəfin ərazisində olmasını müəyyən etsin.

Sahibkarlar bundan əvvəl də AzadlıqRadiosuna müraciət etmişdilər. Ötən ilin yayında onlar bildirirdilər ki, Rəşid Babayev bazarın qarşısında abadlaşdırma işləri aparmaq adı altında onların mağazalarının qarşısını hasarladıb. Bu da sahibkarları maddi zərərə salıb.

«YÜZLƏRLƏ ADAM ÇÖRƏKSİZ QALACAQ»

«Bu mağazaları sökdürmək istəyirlər. Məhkəmə də bu istəklərinə qanuni don geydirir. Hər dükanda 4-5 nəfər işləyir, bu da 3-4 ailənin dolanışığı deməkdir. 66 dükanın sökülməsi yüzlərlə adamın işsiz, çörəksiz qalması deməkdir», – sahibkarlar radioya ünvanladıqları məktubda qeyd edirlər.

Martın 1-də Sumqayıt Apellyasiya Məhkəməsində məhkəmə iclası davam edəcək. Sahibkarlar prezidentə də müraciət ediblər.

Qeyd edək ki, sahibkarların ötən yayda etdikləri müraciətə Sumqayıt şəhər İcra Hakimiyyətindən münasibət bildirilmişdi. Qurumdan deyilmişdi ki, mağazaların hasarlanması başçının bazarın ərazisinin və ətrafının abadlaşdırılması ilə bağlı sərəncamının icrası ilə əlaqədardır. Qurum sahibkarların əmlakının sökülməyəcəyini vəd edirdi.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG