Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:53

Köçkün: 'Bizi Əli Həsənov yox, İlham Əliyev eşitsin'


"Tezliklə bura da uçacaq"
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

"Tezliklə bura da uçacaq". Video arxiv

«Burda ağır sosial şərtlər altında yaşayırıq. Səsimizin Əli Həsənova yox, İlham Əliyevə çatmasını istəyirik. Əli Həsənov çoxdandır ki, bizi eşitsə də, özümü eşitməzliyə qoyub».

Bunu Sumqayıtda TUK zavodunun ərazisində məskunlaşan köçkün Sənəm Mustafayeva deyir.

«MƏŞƏQQƏT İÇİNDƏYİK»

İllərdir ki, buradakı sexlərdə yaşayan köçkünlər dilə gəlib. Sənəm xanımın sözlərinə görə, məskunlaşdıqları ərazidə ciyərlərinə çəkdikləri hava zəhərli, içdikləri su çirklidir:

«Bu zavodda ağır metal istehsalı olunur. Ərazinin havası zəhərlidir. Biz illərdir ki, bu zəhərli havanı uda-uda yaşayırıq. Doğulan uşaqlar dəmir çatışmazlığı xəstəliklərindən əziyyət çəkirlər, hamilə qadınlar hamiləliklərini sonadək yaşaya bilmirlər, bətnlərindəki körpələrini itirirlər. Bu zəhərli hava ömürləri qısaldır. Bir sözlə, məşəqqət içindəyik...».

Zavodun tullantı sularının yaşayış yerlərinin zirzəmilərinə axması burada məskunlaşanların vəziyyətini daha da çətinləşdirir:

Sumqayıtdakı yataqxanada yanğın [Video]
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

«Həm ekoloji problemlərin zərərini yaşayırıq, həm də evlərimiz rütubətin, üfunətin, nəmişliyin içindədir. Əslində, bura yeni köç etdiyimiz vaxtlar durumumuz bundan yaxşı idi. Çünki o vaxtlar zavod fəaliyyətsiz idi. Sonra bir işadamı ortaya çıxdı, zavodu alıb işə saldı. Bax, o zaman gərək burda yaşayan insanları düşünərdilər. Əvvəl insanları köçürüb sonra zavodu işə salaydılar. Biz burda zəhər udmağa məhkumuq».

«SƏSİMİZİ İLHAM ƏLİYEVƏ ÇATDIRIN»

Ərazidə 17 ailə məskunlaşıb. Deyirlər, dəhlizlərdəki işıq xətləri qəzalıdır və naqillər bir neçə dəfə alışıb. Kanalizasiya xətləri də sıradan çıxıb. Bəzən çirkab sular dəhlizə qədər axıb gəlir. Bu ailələr başqa yerə köçürülmək üçün dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə (Qaçqınkom) müraciət ediblər:

«Bir neçə dəfə Komitənin qarşısına getmişəm, Əli Həsənov gəlib düz qarşımdan keçib, səsimi çıxarmışam ki, məni qəbul edib dinləsin, səsimi eşitsə də, mən tərəfə dönüb baxmadan qapıdan keçib gedib. Deməyim odur ki, köçkünlər Əli Həsənov üçün əhəmiyyətsiz varlıqlardır. Ona görə də biz istəyirik ki, səsimizi ona yox, İlham Əliyevə çatdırasınız, bəlkə biz də gün gördük. Prezident jurnalistlərə ev verir, ancaq burada az qala hər biri onkoloji xəstəlikdən əziyyət çəkən köçkünlərin vəziyyəti ilə maraqlanmır. Bu ədalətsizlikdir».

«Qaçqınkom»dan «Qaynar xətt»ə bildirilib ki, qurum qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramının icrası üçün əlindən gələni edir. Hazırda inşa olunan qaçqın qəsəbələri və şəhərciklərinə növbəti ildə yüzlərlə köçkün ailələrin yerləşdirilməsi nəzərdə tutulub. Belə ailələr, əsasən, müəssisələrin ərazilərində və yataqxanalarda məskunlaşanlardır.

XS
SM
MD
LG