Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:28

Sumqayıtlı sahibkarlar aclıq aksiyası keçirdiklərini deyirlər


Sumqayıtda sahibkarların aclıq aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Sumqayıtda sahibkarların aclıq aksiyası

Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak etdiklərini deyən bir qrup sahibkar aclıq aksiyasına başladığını açıqlayıb.

Yerli icra hakimiyyətinin onlara borclu olduğunu və bunu ödəmədiyini iddia edən 10-dan artıq sahibkar problem çözülənə kimi aksiyanı davam etdirəcəklərini bildiriblər.

Sahibkarlar deyiblər ki, onları abadlaşdırma işlərinə Sumqayıt Şəhər İcra Hakimiyyətinin (İH) seçdiyi podratçı şirkətin rəhbərliyi və İH-in memarlıq və tikinti şöbəsinin müdiri cəlb edib.

Buna da bax: İcra hakimiyyətinin qarşısındakı fəhlələr: 'Hamballıq eləmişik, pulunu verin'

“Prezident Sumqayıta gəldi, abadlıqdan razı qaldı, getdi,…”

“Abadlaşdırma işləri aparılan zaman podratçı şirkətə ilkin olaraq pul ödənmişdi. Bizə olan borcun bir hissəsi o zaman verildi. Qalan əsas hissə də sonra ödənilməli idi. Prezident Sumqayıta gəldi, abadlıqdan razı qaldı, getdi, daha sonra bizim pulu vermədilər”, – aclıq edən sahibkarlar bildiriblər.

Onlar deyir ki, podratçı şirkətin rəhbəri 2015-ci ilin sonunda həbs edilib.

Sumqayıtda sahibkarlar aclıq edir. Divarda plakatlar.
Sumqayıtda sahibkarlar aclıq edir. Divarda plakatlar.

Pullarını ala bilmədiklərini deyənlər sırasında İsa Qasımov, Eyvaz Abbasov, Məhəmməd Əsgərov, Çingiz Mansurov, Bilal Piriyev, Zöhrab Rzayev və başqaları var.

Buna da bax: Sumqayıtda 3 milyon manat 'həbsxana'ya düşüb

Tikinti işlərində çalışmış bəzi fəhlələrin də əməkhaqlarının verilmədiyi deyilir.

Sahibkar Aydın Abdullayev şikayətini belə ifadə edib:

“Vermirlər, artıq bezmişik. Müraciət etmədiyimiz instansiya qalmayıb, heç bir reaksiya verilmir. Pulumuz yoxdur, dolana, yaşaya bilmirik”.

Onun sözlərinə görə, sahibkarlar abadlaşdırma zamanı müxtəlif xidmətlər göstəriblər.

Buna da bax: Sumqayıt parkını tikənlər pulunu ala bilmir

“Bir il alı ay prezident administrasiyasina gedib, gəlirik”

“Bir il altı ay prezident administrasiyasina gedib, gəlirik. Sumqayıt İcra Hakimiyyətində bizi daha heç qəbul edən də yoxdur. Məcbur olduq aclıq aksiyasına başlayaq. Başqa əlacımız qalmadı. Sumqayıt icra hakimiyyətindən yardım istəmirik, müavinət istəmirik. Halal zəhmət haqqımızı istəyirik”, – sahibkar bildirib.

İcra Hakimiyyəti şikayətdən xəbərdardır, amma…

Sumqayıt Şəhər İcra Hakimiyyətindən sahibkarların aclıq aksiyasına başlaması ilə bağlı deyilənlərə münasibət almaq, hələlik, mümkün olmayıb.

Ancaq “Turan” agentliyinin xəbərinə görə, bir neçə həftə əvvəl İcra Hakimiyyətindən bildirmişdilər ki, sahibkarların şikayətindən xəbərdardırlar. Bununla belə icra hakimiyyətinin mətbuat xidmətindən vurğulamışdılar ki, nə şəhər hakimiyyətinin başçısı Zakir Fərəcov, nə də onların digər rəsmi nümayəndəsi borclara görə maliyyə məsuliyyəti daşıyır.

«Sumqayıt Şəhər İcra Hakimiyyəti borclarını tələb edən şəxslər ilə müqavilə və ya digər saziş üzrə tərəf deyil. Həmin borclara məsul şəxs vəsaitləri mənimsədiyinə görə həbs edilib», - Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirmişdi.

Sumqayıt Dənizkənarı Bulvarının 2016-cı il sentyabrın 27-də açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG