Dövlәt İmtahan Mәrkәzi (DİM) I vә IV ixtisas qrupları üzrə qәbul imtahanların nәticәlәrini elan edib
İmtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika, kimya , IV ixtisas qrupunda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib.
İmtahanda I ixtisas qrupu üzrə 1 abituriyent- Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb.
Ümumilikdə imtahanda 32174 abituriyentin iştirakı tәsdiq edilib. Onlardan 1771 nəfər imtahana qatılmayıb. 11 nəfər isә qaydaları pozmaqda günahlandırılaraq imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Xatırlatma
I vә IV ixtisas qrupları üzrə qәbul imtahanları mayın 12-də keçirilmişdi.
Azərbaycanda qəbul bu ildən iki mərhələdə keçirilir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür.
Abituriyentlərin buraxılış imtahanından (1-ci mərhələdən maksimum 300 bal toplamaq olar) əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanının ikinci mərhələsindən toplanan balın üzərinə əlavə olunacaq.
3 gün öncə , mayın 19-da isə II və III ixtisas qrupları üzrə qəbul imtahanları (ikinci mərhələ) keçirilmişdi. Həmin imtahanların nəticələri də 10 iş günü ərzində elan olunacaq.