Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:29

S.Əkbər: «İndi seçim vaxtıdır»


Sülhəddin Əkbər
Sülhəddin Əkbər

-

«Hazırda Qarabağ cəbhəsində baş verən hadisələrə yalnız Azərbaycan-Ermənistan münaqişəsi prizmasından baxmaq əsaslı nəticəyə gəlmək üçün yetərli deyil. Qarabağ cəbhəsində baş verən olaylar dünya geosiyasətinin bir elementidir».

Keçmiş nazir müavini Sülhəddin Əkbər bunu Qarabağ cəbhəsindəki olaylarla bağlı AzadlıqRadiosuna söyləyib.

O, qeyd edib ki, ABŞ Rusiyanı «çərçivəyə salmaq» kimi planı işə salıb. Burada Rusiyanın böyük qazanc gətirən layihələrdən kənarda saxlanması nəzərdə tutulur.

S.Əkbər deyir ki, artıq, manevr limiti bitdiyindən seçim vaxtıdır: «Ən başlıcası bu məsələlərdə mövqelərin müəyyən edilməsi kimi amil var. Haqqında danışdığım təsir məsələsi MDB-ni də əhatə edir. Bu mənada Azərbaycan da mövqeyini müəyyən etməlidir. Bir tərəfdə Qərb, NATO, qardaş Türkiyə, digər tərəfdə isə Rusiya. Seçim vaxtıdır və rəsmi Bakı bunu tam mənası ilə anlamalıdır. Bu seçim nə qədər tez olsa, o qədər yaxşıdır».

RUSİYANIN «LAVROV PLANI»

S.Əkbərin fikrincə Azərbaycanın Rusiyanın kənarda qaldığı layihələrdə iştirakı bu ölkədə qıcıq yaradır: «Bununla Rusiya aşağıdakı mesajı verir: «Siz Vaşinqtonda Azərbaycan, Ermənistan rəhbərliyi ilə nə istəsəniz danışa bilərsiniz, amma yerdə söz sahibi mənəm. Odur ki, onlarla yox, mənimlə danışmalısınız»».

S.Əkbər deyir ki, Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın «Lavrov planı» mövcuddur: «Rusiya sülhməramlı qüvvə adı ilə öz qoşunlarını Cənubi Qafqaza yerləşdirmək istəyir. Amma Azərbaycan buna razılıq verməyib. Buna görə də, Ermənistan üzərindən Azərbaycanla zor dili ilə danışır. Yəni, burada məsələ təkcə Qarabağ məsələsi deyil. Söhbət Rusiyanın təsirini itirməməsindən gedir. Bunun qarşısında isə Azərbaycanın təkbaşına duruş gətirməsi mümkün deyil. Odur ki, təkrar edirəm, seçim vaxtıdır .Bu nə qədər tez və doğru olsa, o qədər yaxşıdır».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG