Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 10:39

'Səfirin öldürülməsi planlaşdırılmış hücumdur'


Andrey (Andrei) Karlov, qətlə yetirilməzdən bir neçə dəqiqə əvvəl, Ankara, 19 dekabr 2016.

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi terrorçunun şəxsi təşəbbüsü deyil. Bu, planlaşdırılmış hücumdur.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazir bildirib ki, terrorçunun həm Türkiyə daxilində, həm dəxaricdəki əlaqələrini müəyyənləşdirməyə çalışırlar.

Süleyman Soylu istintaqın terror aktının çox mühüm təfərrüatlarını üzə çıxardığını da deyib. Hazırkı mərhələdə istintaq maraqlarına görə,araşdırmanın detallarının açıqlamağın məqsədəuyğunolmadığını bildirib.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada sərgidəki çıxışı zamanı öldürülüb. Ona bir neçə atəş açan terroçu da öldürülüb.

XS
SM
MD
LG