Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:30

İranda edam olunmuş sufinin 'təqsirsiz olduğunu' deyən vəkil həbs edilib


Vəkil Zeynab Taheri
Vəkil Zeynab Taheri

İran hakimiyyət orqanları bu günlərdə edam edilmiş sufinin yanlış olaraq məhkum edildiyini deyən vəkili “yalan yaymaqda” ittiham edərək həbs edib. Bu sufi üç polis nəfərini öldürməkdə ittiham olunurdu.

Yarırəsmi Fars agentliyi iyunun 20-də bildirib ki, Zeinab Taherinin həbsi üçün order o “yanlış bəyanatlar” verdikdən və sosial mediada Mohammad Salasın təqsirsizliyi barədə “saxta bəyanatlar” yaydıqdan sonra verilib.

Tehran vilayəti ədliyyəsinin başçısı Gholamhossein Esmaili deyib ki, Taheri heç vaxt Salasın vəkili olmayıb və onun işi barədə müfəssəl məlumata malik deyil.

51 yaşlı Salas iyunun 18-də Tehran yaxınlığında asılaraq edam edilib. O sufilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı üç polisi öldürməkdə ittiham olunurdu.

Vəkil Taheri Salasın bütün mühakiməsi ərzində onun məhkəməsinin ədalətsiz aparıldığını aşkar bəyan edirdi.

Edam günü Tvitterdə Taherinin ünvanından yayılan bəyanatda, o “ictimaiyyəti narahat edən bütün mümkün informasiyanı açacağını” vəd edirdi, lakin sonradan edam olunanın ailəsinin ricası ilə bunu etməyəcəyini yazırdı.

Mohammad Reza Salas məhkəmə dinləməsində
Mohammad Reza Salas məhkəmə dinləməsində

Amnesty International insan haqları təşkilaatı Taherinin həbsini pisləyir və onu Salasın vəkili kimi təqdim edir.

Təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə müvəkkili Philip Luther deyib ki, Taherinin həbsi İran hakimiyyətinin işgəncələrə qarşı çıxan vəkilləri amansızcasına təqib etdiyini bir daha göstərib.

Human Rights Watch insan haqları təşkilatının bəyanatında deyilir ki, Taheri müsahibələrindən birində sufiyə həbsdə olduğu müddətdə işgəncə verildiyini bildirmişdi.

Sözü gedən üç polis Tehranda ötən fevralda təhlükəsizlik qüvvələri ilə ölkənin ən böyük sufi ordenlərindən birinin tərəfdarları arasında toqquşmalar zamanı avtobusla vurulmuşdular.

Nemətulla Qonabadi ordeninin dərviş kimi tanınan üzvləri təriqətin bir neçə üzvünün həbsinə etiraz edirdilər. Onlar habelə polisin verdiyi zəmanətlərə baxmayaraq 90 yaşlı liderlərinin tezliklə həbs olunacağından narahat idilər.

Bu iğtişaşlarda polisə ictimai dəstək qüvvəsi Bəsicin də iki üzvü həlak olmuşdu.

İslamdan törənmiş sufilik İranda rəsmən qadağan edilməsə də, insan haqları təşkilatları Tehranın dini azlıqları təqib etdiyini bildirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG