Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 09:35

İranda sufini edam etdilər


Mohammad Reza Salas məhkəmədə
Mohammad Reza Salas məhkəmədə

İranın hakimiyyət orqanları çoxsaylı müraciətlərə baxmayaraq sufi ordeni üzvlərinin iştirakilə baş vermis toqquşmalarda üç polisi nəfərini öldürməkdə ittiham olunan sufini edam edib.

İran ədliyyəsinin rəsmi internet saytındakı xəbərdə deyilir ki, Mohammad Reza Salas iyunun 18-də asılmaqla edam olunub.

Amnesty International insan haqları təşkilatının Twitter hesabından verilən bəyanatda bildirir ki, “biz Mohammad Salasın bu səhər edamı barədə xəbərdən sarsılmışıq və kədərlənirik”.

51 yaşlı sufi ötən mart ayında ölüm cəzasına məhkum olunmuşdu. Amnesty onun məhkəməsini “ədalətsiz” adlandırmışdı.

İyun 17-də Amnesty təşkilatının Yaxın Şərq və Şimali Amerika üzrə direktoru Philip Luther deyib ki, məhkəmə tələm-tələsik keçirilib və müttəhimin hüquqları kobud şəkildə pozulub”.

Luther əlavə edib ki, Mohammad Reza Salas məhkəmədən əvvəl və məhkəmə dövründə vəkildən istifadə hüququndan məhrum edilib, habelə onun məhkəməsində “əsas şahidlərin dinlənməsinə imkan verilməyib”.

Dinləmələrdə Salas demişdi ki, polisləri bilərkdən öldürməyib.

Sözü gedən üç polis Tehranda ötən fevralda təhlükəsizlik qüvvələri ilə ölkənin ən böyük sufi ordenlərindən birinin tərəfdarları arasında toqquşmalar zamanı avtobusla vurulmuşdular.

Nemətulla Qonabadi ordeninin dərviş kimi tanınan üzvləri təriqətin bir neçə üzvünün həbsinə etiraz edirdilər. Onlar habelə polisin verdiyi zəmanətlərə baxmayaraq 90 yaşlı liderlərinin tezliklə həbs olunacağından narahat idilər.

Bu iğtişaşlarda polisə ictimai dəstək qüvvəsi Bəsicin də iki üzvü həlak olmuşdu.

İslamdan törənmiş sufilik İranda rəsmən qadağan edilməsə də, insan haqları təşkilatları Tehranın dini azlıqları təqib etdiyini bildirirlər.

Bundan başqa insan haqları qrupları dünyanın ən çox edam edən ölkələrindən biri olan İranı ölüm cəzasının ləğvinə çağırırlar.

Amnesty International 2017-ci ilin aprelində açıqladığı hesabatda bildirir ki, ötən il İranda 507 nəfər edam olunub. Bu 2016-cı ildə olduğundan 10 faiz azdır.

XS
SM
MD
LG