Keçid linkləri

Təcili xəbərlər
2019, 20 May, Bazar ertəsi, Bakı vaxtı 20:53

Sudanda etirazçılarla hərbçilər arasında gərginlik artıb


Sudanda aprelin 22-də ölkənin hərbi rəhbərliyi etirazçılardan yolları “dərhal” açmalarını və keçmiş prezident Omar al-Bashir-i devirmək üçün qurduqları barrikadaları sökməyi tələb etdikdən sonra gərginlik yenidən artıb.

Bundan əvvəl etirazçılarla hərbi şura arasında aparılan danışıqlar nəticə verməyib. Aprelin 11-də prezident Bashir devriləndən bəri ölkəyə hərbiyyə rəhbərlik edir.

Sözü gedən danışıqları etirazçılar dayandırıblar. Onlar bildiriblər ki, hərbi şura onların hakimiyyətin dərhal mülki hökumətə verilməsinə dair tələbi ilə razılaşmayıb.

Aprelin 22-də paytaxt Xartum ətrafında yenidən minlərlə etirazçı toplaşıb. Videolardan yüzlərlə tələbənin Qırmızı dəniz sahilindəki Port Sudanda nümayiş keçirdiyi və “inqilab” şüarları səsləndirdiyi görünür.

Minlərlə etirazçı həm də Sennar vilayətindəki hərbi kompleksin qarşısına toplaşıb.

Etirazlara başçılıq edən Sudan Peşəkarlar Assosiasiyası bəyan edib ki, oturaq mitinq fasiləsiz davam etdiriləcək.

Həmkarlar ittifaqlarından ibarət bu qrup aprelin 23-də yürüşə, aprelin 25-də isə mitinqə çağırış edib. Bu mitinqdə hərbi şuraya qarşı keçid şurasının tərkibi elan edilməlidir.

Bashir 30 illik hakimiyyətdən sonra 4 ay davam edən etirazların nəticəsində devrilib.

75 yaşlı keçmiş prezident hakimiyyətə 1989-cu ildə həyata keçirilmiş hərbi çevrilişlə gəlmişdi və ölkəyə avtokratik üsullarla rəhbərlik edirdi.

O hazırda soyqırımı və hərbi cinayətlərə görə Beynəlxalq Məhkəmə tərəfindən axtarışa verilib.

Hərbi şura bəyan edib ki, Bashir soyqırımı ittihamı ilə Sudanda mühakimə olunacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG