Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:11

Keçmiş prezident beynəlxalq məhkəməyə təhvil verilir


Sudanın keçmiş prezidenti Omar al-Bashir , 09 aprel, 2017
Sudanın keçmiş prezidenti Omar al-Bashir , 09 aprel, 2017

1993-2019-cu illərdə Sudana rəhbərlik edən Omar al Bashir hakimiyyətdən hərbi çevriliş yolu ilə uzaqlaşdırılaraq həbs edilib.

Sudan hakimiyyəti, keçmiş prezident Omar al Bashir və daha 2 ölkə rəsmisini Beynəlxalq Cinayət Məhkəməsinə verəcək.

Bu barədə Sudanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Reütesin məlumatına görə, söhbət keçmiş prezidentdən başqa, keçmiş daxili işlər naziri Abdel Rahim Məhəmməd Hüseyin və həmin vaxt əsas şəxslərdən biri hesab olunan Əhməd Haroun-dan gedir.

Onlar 2003-cü illərdə Sudanın cənubundakı Darfur əyalətində insanlığa qarşı hərbi cinayətlər və soyqırım törətməkdə ittiham olunurlar.

Həmin münaqişədə 300 minədək adamın öldürüldüyü , 2,5 milyon nəfərin ev-eşiyindən didərgin düşdüyü bildirilir.

1993-2019-cu illərdə Sudana rəhbərlik edən Omar al Bashir 2019-cu ilin aprelində hakimiyyətdən hərbi çevriliş yolu ilə uzaqlaşdırılaraq həbs edilib.

Məhkəmə 2019-cu ilin dekabrında onu korrupsiyada günahkar bilərək, 2 il azadlıqdan məhrum edib.

CNN-in məlumatına görə, ona bu hökm çıxarılarkən 75 yaşı olduğundan, cəzanı həbsxanada yox, sosial müəssisədə çəkir.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ona qarşı çıxarılan iki həbs qərarı da var. O, soyqırım, bəşəriyyətə qarşı cinayətlər və Sudanın Darfur əyalətindəki hərbi münaqişə zamanı törədilən hərbi cinayətlərdə ittiham edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG