Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Subsidiyalar yeni qaydada veriləcək


Prezident İlham Əliyev bu gün, iyunun 27-də “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman imzalayıb.

Sənəddə bu, aqrar sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə izah edilir. Habelə, yeni mexanizim müraciətlərin sadələşdirilməsi və elektronlaşdırılması məqsədinə xidmət etməlidir.

Sənədə görə, aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarı yeni yaradılan Aqrar Subsidiya Şurası verəcək.

Şuraya rəhbərliyi Azərbaycan kənd təsərrüfatı naziri həyata keçirəcək.

Yeni qaydaya görə, “Subsidiya” informasiya sistemində (SİS) qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir.

İstifadəsində olan 50 hektardan çox torpaq sahəsində aparılan əkinə və ya çoxillik əkinə görə, kənd təsərrüfatı kooperativlərinə əkin subsidiyası 10 faiz artırılmaqla tətbiq edilir.

Yeni qaydaya görə, heyvan subsidiyası hər bir sağlam buzova görə 100 (yüz) manat müəyyən edilib.

Arı subsidiyası arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 (on) manat müəyyən edilir və 2023-cü ilədək verilir.

Barama subsidiyası isə hər kiloqramına görə 5 (beş) manatdır.

Sənəddə yazılıb ki, subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyinin monitorinqlər aparmasını nəzərdə tutulur.

Bu zaman peyk və digər texniki imkanlardan da istifadə ediləcək.

Əgər, bu zaman fərq 5 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə veriləcək. Yox, fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır.

Fərq 20–50 faiz olduqda cari il ərzində həmin fermerə subsidiya ödənilmir.Yeni qaydaya görə, fərq 50 faizdən çox olduqda isə, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya düşməyəcək.

Başqa sahələr üzrə verilən subsidiyalarda da belə oxşar qaydalardan istifadə ediləcək.

Bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilir.

Subsidiyalar yeni qaydaya uyğun olaraq 2020-ci il yanvarın 1-dən etibarən verilməlidir.

Xatırlatma

Hökumətin qərarına əsasən, 2007-ci ildən yanacaq və motor yağlarının istifadəsinə görə fermerlər 1 hektara 50 manat subsidiya alır.

Buğda, çəltik, pambıq, tütün əkininə görə də, qeyd edilən məbləğə 40 manat əlavə edilir.

2016-cı ildən etibarən baramaya görə də subsidiya ödənilir. Əvvəlcə bu məbləğ hər kq-a görə, 2 manat idisə, sonra bu 5 manata qaldırılıb.

XS
SM
MD
LG