Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:28

Tütünçülüyə dəstək məsələsində '5 qəpik' söhbəti


Tütün istehsalı
Tütün istehsalı

Azərbaycanda istehsalçılara subsidiya ayırmaqla, tütünçülüyə dövlət dəstəyi barədə qərar qəbul edilib. İndən belə hər 10 kiloqram yaş tütünə büdcədən 5 qəpik yardım olacaq. Amma subsidiya hər hansı başqa kənd təsərrüfatı məhsuluna deyil, məhz tütünə verildiyindən məsələ heç də 5 qəpiklə bitmir, çünki Azərbaycan hələ 2005-ci ildə tütünlə mübarizədə beynəlxalq öhdəliklərə imza atıb. Təbii sual doğur: Hökumət son qərarla həmin öhdəliklərə xilaf çıxmır?

Buna da bax:​ Tütün plantasiyaları 3 dəfə artırılır

11 il öncənin öhdəliyi

İş burasındadır ki, Azərbaycan 2005-ci il sentyabrın 20-də «Tütünə qarşı mübarizə haqqında» Ümumdünya Səhiyyə Təşkilatının (ÜST-nin) Çərçivə Konvensiyasına qoşulub. Həmin sənədi imzalayan digər tərəflər kimi, Azərbaycan da «iqtisadi cəhətdən faydalı üsulla kənd təsərrüfatında alternativ bitki növlərinin istehsalına keçilməsində tütün yetişdirilməsi ilə məşğul olan şəxslərə kömək etmək» öhdəliyi götürüb. Görünənsə budur ki, hökumət «bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək» niyyətindədir.

KTN “əhalinin rifahını yaxşılaşdırmaq” məqsədi güdür

«Tütünçülüyə birbaşa maddi dəstək verməklə hökumət beynəlxalq öhdəliklərinə nə dərəcədə sadiqdir» sualına cavab verən Kənd Təsərrüfatı Nazirliyi (KTN) mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzadlıqRadiosu-na deyib ki, indiki vəziyyətdə məqsəd - kənd yerlərində məşğulluğu artırmaq və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını yaxşılaşdırmaqdır.

Buna da bax:​ Hər kiloqram quru tütünə görə subsidiya veriləcək

SN rəsmisi: «Tədbirlər ardıcıl həyata keçiriləcək»

Səhiyyə Nazirliyi (SN) İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev ötən ilin dekabrında prezident İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya» təsdiqləndiyini xatırladır. Sənəddə tütünün istifadəsinin məhdudlaşdırılmasına yönəlik çoxsaylı tədbirlər, o cümlədən milli qanunvericiliyin Çərçivə Konvensiyasına uyğunlaşdırılması nəzərdə tutulub. T. Musayevin fikrincə, bu tədbirlər ardıcıl həyata keçiriləcək.

“Qanunlar mükəmməl deyil”

İSİM Azərbaycan qanunvericiliyinin «Tütünə qarşı Mübarizə haqqında» ÜST Çərçivə Konvensiyasına uyğunluq dərəcəsinin 2-ci müqayisəli təhlilini aparıb. Təhlil qanunvericiliyin («Tütün və tütün məmulatı haqqında», «Ətraf mühitin mühafizəsi haqqında», «Əhalinin sağlamlığının qorunması haqqında») mükəmməllikdən uzaq olduğunu göstərir. Ayrıca vurğulanır ki, ÜST-nin tövsiyəsinə baxmayaraq, Azərbaycanda «Tütünlə mübarizə üzrə Milli Strategiya» sənədi indiyədək qəbul edilməyib.

Buna da bax:​ Beynəlxalq konvensiyanın «qolunu bükən» tütün inhisarı

“Sanksiya gözlənilmir”

Bununla belə, T. Musayev tütün istehsalçılarına subsidiya ödəməklə ölkənin beynəlxalq konvensiya tələblərini pozduğunu düşünmür və buna görə Azərbaycana hər hansı sanksiyanın qəbul ediləcəyini də gözləmir:

«Konvensiyanın müəyyənləşdirdiyi tələblər tövsiyə xarakteri daşıyır və qoşulmuş dövlətlər öz qanunlarına uyğun olaraq onlara riayət edirlər. Azərbaycan da yavaş-yavaş bu tələblərə əməl edir. Axı hər şeyi birdən etmək olmur. Avropada və ya başqa yerlərdə məgər hər şey bu konvensiyaya uyğun edilib?».

Buna da bax:​ "Restoranda siqaret qadağan olunmalıdı" - Deputat

Hədəf ixrac potensialını artırmaqdır

Bu il Azərbaycanda tütünə ayrılan sahə min hektar artırılaraq, 2 min 400 hektara çatdırılıb. Hökumət istehsalı dəstəkləməklə ixrac potensialını və valyuta gəlirlərini artırmağı hədəfləyir. Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, Azərbaycan ötən il 1904 ton tütün yarpağı ixrac edib və 5,5 milyon dollar gəlir götürüb. Yerli siqaret zavodları isə, əsasən, xaricdən gətirilən tütündən yararlanır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG