Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Su problemi də yaranıb


"Bakı və ölkənin elektrik enerjisi təchizatında yenidən problemin yaranması səbəbindən əhalini içməli su ilə təmin edə bilmirik".

Bunu "Report"a "Azərsu" Açıq Səhimdar Cəmiyyətinin (ASC) Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, Kür və Ceyranbatan sutəmizləyici qurğularında suyun emalı dayanıb.

Bu gün, iyulun 3-ü saat 18-45 radələrində Bakı və ölkənin əksər bölgələrində elektrikin kəsildiyi bildirilir. Bakıda insanların metro tunellerində qaldığı açıqlanıb. Rəsmi qurumların açıqlamasına görə, insanlar oradan təxliyə edilir.

Xatırlatma

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektirik Stansiyasında 1-ci və 6-cı enerji blokunda partlayış baş verdiyi bildirilirdi. Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı.

Yalnız iyulun 3-u səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.

XS
SM
MD
LG