Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:55

663 milyon nəfər gərəkən suyu içə bilmir


Pakistanlı uşaq.

2040-cı ilədək dünyada 600 milyon uşaq, yaxud da hər 4 uşaqdan biri su resursları məhdud ərazilərdə yaşayacaqlar. BMT-nin uşaq təşkilatı olan UNICEF-in martın 22-də – Ümumdünya Su Günündə açıqladığı hesabatda belə deyilir.

«Gələcəyə susamaq: dəyişən iqlimdə su və uşaqlar» adlı hesabatda təhlükəsiz su mənbələrinin azalmasının uşaqların həyatına və sağlamlığına yaratdığı təhlükələr öyrənilir. İqlim dəyişikliyinin bu riski daha da artıracağı vurğulanır.

XƏSTƏLİK MƏNBƏLƏRİ

Bütün dünyada əhali artımı, su istehlakının yüksəlməsi, sənayeləşmə və urbanizasiya səbəbindən suya artan tələbat su resurslarını qurutmaqdadır. Dünyanın bir çox yerindəki münaqişələr də uşaqların suya çıxışına təhlükə yaradır.

Sonucda uşaqlar təhlükəli su içməyə məcbur olurlar ki, bu da vəba və diarreya kimi xəstəliklərin potensial mənbəyidir. Quraqlıq ərazilərdə yaşayan uşaqlar su yığmağa saatlarla vaxt sərf edir və dərsə getmirlər. Qızlar bu zaman hücumlara məruz qalırlar.

Özbəkistanda su qıtlığı.
Özbəkistanda su qıtlığı.

Hesabatda həmçinin vurğulanır ki:

- Dünyada 663 milyon nəfərin adekvat su mənbələrinə çıxışı yoxdur;

- Hər gün yaşı 5-dən aşağı 800-dən çox uşaq diarreyadan (ishal) dünyasını dəyişir ki, bunun da əsas səbəbi yetərsiz su, sanitariya və gigiyena şərtləridir.

- Bütün dünyada qadınlar və qızlar hər gün 200 milyon saatlarını su yığmağa həsr edirlər.

İRANDA MİSLİ GÖRÜNMƏMİŞ SU BÖHRANI

Martın 22-də açıqlanmış digər bir hesabatda isə İranın indiyədək görünməmiş su böhranıyla çapışdığı vurğulanır. «The Guardian» qəzeti yazır ki, bu hesabatı Londonda mənzillənən «Small Media» (Kiçik Media) QHT-si açıqlayıb. Sənəddə bildirilir ki, su qıtlığı gələn onilliklərdə ölkənin böyük ərazilərini yaşamağa yararsız edə bilər.

«İranda müasir tarixdə misli görünməmiş su böhranı yaşanır. Göllər və çaylar quruyur, daha tez-tez quraqlıqlar baş verir. Hətta ölkənin dərinliklərində yerləşən yeraltı su mənbələri belə İranın artan əhalisi və kənd təsərrüfatı tərəfindən tükədilir», – hesabatda belə deyilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG