Keçid linkləri

Təcili xəbərlər
2021, 26 İyul, Bazar ertəsi, Bakı vaxtı 20:59

“Darıxma sindromu”nun zərərli təsirləri


İşdə gərginlik

Xroniki darıxma bir çox amildən qaynaqlana bilər. Adamı ruhdan salan fiziki mühitdə, məsələn, hücrəşəkilli ofisdə işləmək, yaxud uzun müddət bacardığından aşağı səviyyəli işlərlə əlləşmək belə amillərdəndir.

Tükənmişlik sindromunun və hansı mənfi təsirlərinin nə olduğunu çoxları bilir. Lap çox çalışmaqdan, işlə özəl yaşam arasında balansın ciddi ölçüdə pozulmasından qaynaqlanır. Bu da var ki həmin sindrom insanların iş həyatında üzləşə biləcəyi tək problem sayılmaz. BBC yazır ki, “darıxma sindromu” (“boreout”) da eyni dərəcədə zərərlidir. Bu hal baş verincə, çalışdığı iş insana anlamsız və dəyərsiz görünməyə başlayır.

Mütəxəssislərin fikrincə, müxtəlif iş sahələrində üzə çıxan darıxma sindromu işçilərdə sağlamlıq problem yarada bilər. Bu, təbii ki, onların çalışdığı şirkət üçün də yaxşı deyil.

https://www.bbc.com/worklife/article/20210701-the-damaging-effects-of-boreout-at-work

Darıxma sindromunun öhdəsindən gəlməkdən ötrü onu bilmək və özündə onu aşkar etməyi bacarmaq çox önəmlidir. BBC mütəxəssislərə istinadla yazır ki, işçi rifahnın önə çıxmağa başladığı bu yeni dövrdə sözügedən fenomenə də ciddi diqqət yetiriləcək.

Xroniki darıxma bir çox amildən qaynaqlana bilər. Adamı ruhdan salan fiziki mühitdə, məsələn, hücrəşəkilli ofisdə işləmək, yaxud uzun müddət bacardığından aşağı səviyyəli işlərlə əlləşmək belə amillərdəndir.

Almaniyanın Darmştat Texniki Universitetinin menecment və insan resurslarının yönəldilməsi kafedrasının professoru Rut Ştok-Homburq müxtəlif peşə sahələrində bu fenomenin şahidi olub. O, nisbətən sakit iş saatlarında pərakəndə satış dükanlarında çalışanları və şəhərkənarı yerlərdə bəzən saatlarla müştəri gözləyən taksi sürücülərini müşahidə edib. Onun sözlərinə görə, hətta Silikon vadisində texnologiya sahəsində çalışan işçilər də ona, bəzən, özlərini belə hiss etdiklərini deyiblər.

“Darıxma sindromu”nun 3 aspekti

Ştok-Homburq və həmkarları işdə darıxma fenomeninin üç əsas aspektini üzə çıxarıblar: çox darıxmaq, inkişaf və məna böhranını.

Əlbəttə, hamı, ara-sıra, iş yerində darıxa bilər. Ancaq Fransada EM Lion Biznes Məktəbinin təşkilati davranış professoru, illərlə bu sahədə çalışan Lotta Harcu deyir ki, darıxma günlərlə sürərsə və xroniki hal alarsa, bu problemlə ciddi məşğul olmaq lazımdır. Onun 2014-cü ildə həmkarları ilə birlikdə Finlandiyanın 87 şirkətində çalışan 11 min işçi arasında apardığı araşdırmanın nəticələri göstərib ki, xroniki darıxma əməkdaşların vaxtından əvvəl təqaüdə çıxmaq istəyini və stres simptomlarını artırır.

İşdə strs atmaq
İşdə strs atmaq

2021-ci ildə Türkiyədə 186 hökumət əməkdaşı arasında aparılan başqa bir araşdırma da bənzər nəticələr verib. Məlum olub ki, iş yerində xroniki darıxma insanlarda baş ağrıları və yuxusuzluğa yol aça bilir.

Bu sindromu sağaltmağa çalışmaq, hətta erkən dövrlərdə aşkar etmək asan deyil. Bunun səbəblərindən biri işçilərin xroniki darıxmalarını bildirməməsidir. Harcunun sözlərinə görə, çox çalışmaqdan tükənmişlik sindromuna düçar olan işçilər çox vaxt mükafatlandırılırsa, xroniki darıxmadan əziyyət çəkənlərə həvəs və marağı olmayan adamlar kimi baxılır. Bu isə şirkətlərdə tabudur.

Durumu düzəltməyə imkan verən üsullar

Durumu tez düzəltməkdən ötrü bəzi üsullara üz tutmaq olar. Məsələn, işin sizə maraqlı tərəfləri ilə məşğul olmağa üstünlük verə bilərsiniz. Ancaq Harcu və həmkarlarının 2016-cı ildə apardığı tədqiqatın nəticələri göstərib ki, xroniki darıxma sindromundan əziyyət çəkən işçilər işdə yeni, maraqlı sınaqlar axtarmaq kimi konstruktiv yanaşma nümayiş etdirməyə o qədər də meylli olmurlar.

Harcunun sözlərinə görə, belə adamlar, adətən, gəlib iş masalarının arxasında oturur, onlayn bazarlıq edir, internetdən öz şəxsi işləri üçün yararlanır, həmkarları ilə çənə döyür, yaxud başqa işlərini planlaşdırır. O deyir ki, bu insanlar, əslində, tənbəl deyillər. Onların bu davranışı, sadəcə, “problemin öhdəsindən gəlmə mexanizmidir”.

Yuxarıda adı çəkilən 2021-ci il araşdırmasının rəhbəri, Türkiyənin Mersin Universitetinin professoru Fahri Özsunqur bu fenomenin öhdəsindən gəlməyin tək fərdin işi olmadığını vurğulayır:

“İşə məna qatmaq təkcə əməkdaşın işi deyil. Rəhbərlik insanları dəyərli hiss etdirəcək ofis mədəniyyəti yaratmalıdır. …İşi darıxdırıcı edən şeyləri həzz verən şeylərə çevirin”. Professor şirkət və təşkilatlara bu fenomeni daha dərindən öyrənməyi tövsiyə edir.

Şərhlər

XS
SM
MD
LG