Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Strasburq hücumu şübhəlisinin polislə atışmada öldürüldüyü xəbər verilir


Fransa polisinin Cherif Chekatt üçün axtraış plakatı
Fransa polisinin Cherif Chekatt üçün axtraış plakatı

Starsburqda Milad bazarında atəş açaraq üç nəfəri öldürməkdə şübhəli bilinən şəxsin dekabrın 13-də polislə atışmada öldürüldüyü xəbər verilir.

Reuters agentliyinin xəbərinə görə 29 yaşlı Cherif Chekatt şəhərin Neudorf/Meinau ərazisində polisin yerli vaxtla axşam saat 21-də başladığı əməliyyat zamanı “neytrallaşdırılıb”. Bu hadisə sözü gedən Milad bazarının 2 kilometrliyində baş verib.

Mənbələrdən alınan xəbərələrə görə Chekatt polislərə atəş açıb və onların cavab atəşi ilə öldürülüb.

Daxili işlər naziri Christophe Castaner müxbirlərə deyib ki, üç polis zabiti Chekat olduğu güman edilən şəxslə qarşılaşıb və onu həbs etməyə çalışıb. Lakin şübhəli bu zaman polislərə atəş açıb.

Strasburq şəhərinin meri Roland Ries deyib ki, bu “həyatın normal axarına qayıtması” deməkdir:

“Terrorçunun ölümü ilə mənim kimi vətəndaşlar rahat nəfəs ala bilərlər”.

Reuters müxbirləri qarşıdurma yerinin yaxınlığında üç-dörd atəş səsi eşitdiklərini bildiriblər.

Şübhəlinin axtarışı son 48 saatda davam etdirilirdi.

Polis Fransa boyunca Chekat-ın şəkli olan müxtəlif dilli axtarış plakatları yapışdırmışdı.

Chekat-ın bundan əvvəl Fransa, Almaniya və İsveçrə həbsxanalarında müddət keçirdiyi xəbər verilir. Bu da qeyd olunur ki, o radikal dini baxışlarını məhkumluq dövründə formalaşdıra bilərdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG