Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Trump-ın yaxın müttəfiqi özünə qarşı ittihamları rədd edir


Roger Stone
Roger Stone

ABŞ prezidenti Donald Trump-ın uzun müddət müttəfiqi olmuş Roger Stone xüsusi prokuror Robert Mueller-in Rusiya təhqiqatı ilə bağlı ona qarşı irəli sürülmüş 7 ittiham üzrə təqsirli olmadığını bildirib.

66 yaşlı Stone Vaşinqton federal məhkəməsinin binasından çıxarkən əlləri ilə “qələbə” işarəsi verirdi. Ona qarşı “rəsmi araşdırmaya maneçilik törədilməsi üzrə 1 ittiham, yalan ifadə vermək üzrə 5 və şahidə təsir göstərmək üzrə 1 ittiham” irəli sürülüb.

O məhkəmənin qarşısına toplaşmış jurnalistlərlə danışmayıb.

Əgər ittihamların hamısı üzrə təqsirli bilinərsə, Stone-u 50 illik həbsxana cəzası gözləyə bilər.

Trump seçki kampaniyasının qeyri-rəsmi müşaviri kimi fəaliyyət göstərmiş Stone 250 min dollar ödəməklə zaminə buraxılıb. O Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə yalan ifadə verməkdə ittiham edilməsini “saxtakarlıq” adlandırıb, amma əlavə edib ki, hər hansı yanlış məlumatları niyyətli şəkildə verməyib.

Sözü gedən ittihamnamədə Stone Rusiya hökumətinin 2016-cı il ABŞ seçkisinə müdaxuiləsini koordinasiya etməkdə ittiham olunmur. Bu Mueller-in apardığı təhqiqatın özək məsələsidir.

Lakin onun Trump-ın demokrat rəqibi Hillary Clinton-a qalib gəlməsindən bir neçə həftə əvvəl Demokratik Partiyadan oğurlanmış e-mail-lərin WikiLeaks tərəfindən yayılması barədə apardığı müzakirələr ittihamnaməyə daxil edilib.

İttihamnamədə iddia olunur ki, Trump kampaniyasının yüksək vəzifəli üzvləri Stone-la əlaqədə olublar və ondan Clinton-a aid nüfuzdan salan email-lərin nə zaman açıqlanacağını soruşublar. İttihamnamədə həmin “yüksək vəzifəli üzvlərin” adları çəkilmir.

Mueller-in ofisi bildirir ki, Clinton-un kampaniya sədri John Podestaya aid sözü gedən email-lər Rusiya kəşfiyyat zabitləri tərəfindən hakerliklə oğurlanıb.

Trump özünün və ya onun seçki kampaniyası üzvlərinin Rusiya ilə hər hansı əlaqələri olduğu barədə iddiaları təkzib edir.

ABŞ kəşfiyyat orqanlarının gəldiyi nəticəyə görə Moskva namizəd Trump-a dəstək vermək məqsədilə 2016-cı il ABŞ seçkisinə müdaxilə edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG