Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:39

NATO baş katibi Makedoniyanı ‘ad mübahisəsini’ tezliklə həll etməyə çağırıb


NATO-nun baş katibi Jens Stoltenberg yanvarın 18-də Makedoniyaya səfəri zamanı baş nazir Zoran Zaevlə görüşüb
NATO-nun baş katibi Jens Stoltenberg yanvarın 18-də Makedoniyaya səfəri zamanı baş nazir Zoran Zaevlə görüşüb

NATO-nun baş katibi Jens Stoltenberg Makedoniyanı ölkənin adına görə qonşu Yunanıstanla olan 27 illik mübahisəsini tezliklə çözməyə çağırıb və bildirib ki, Skopye alyansın üzvü olmaq istəyirsə, islahatları çevik bir şəkildə həyata keçirməlidir.

Yanvarın 18-də Makedoniya parlamentində çıxış edən Stoltenberg deyib ki, o bu ölkənin NATO blokuna üzv olmaq istəyini “güclü şəkildə alqışlayır”.

Baş katib deyib: “Əlbəttə ambisiyalı olmaq çox yaxşıdır, lakin realist olmaq da mühümdür. İrəlidə hələ görüləcək çox işlər var”.

Stoltenberg bildirib ki, Makedoniyanın adı barədə mübahisə həddən artıq uzanıb.

Yunanıstanın Makedoniya adına etirazı Skopyenin NATO və Avropa İttifaqına üzvlüyü üçün əngəl yaradıb.

2008-ci ildə Yunanıstan Makedoniyanın – Makedoniya Keçmiş Yuqoslaviya Respublikası (Former Yugoslav Republic of Macedonia - FYROM) adı ilə NATO-ya qəbul edilməsini bloklayıb.

NATO Makedoniyanın alyansa üzvlük məsələsinə iyun ayında baxılmasını planlaşdırır.

Yunanıstan Makedoniya 1991-ci ildə Yuqoslaviyadan qopandan bəri yeni ölkə üçün bu adın işlədilməsinə qarşı çıxır.

Afinanın mövqeyinə görə bu adla Skopye Yunanıstana ərazi iddiası irəli sürmüş olur. Afina bunu da bildirir ki, Makedoniya adı Skopeyeyə Yunanıstanın qədim tarixinin bir parçasını mənimsəmək imkanı yaradır.

Rusiya və Birləşmiş Ştatlar da daxil əksər dövlətlər bu ölkənin konstitusiya adı olan Makedoniya Respublikası adını qəbul ediblər.

Makedoniyanın NATO-ya qəbuluna əngəl yaranmasına əsas səbəb Yunanıstanın NATO üzvü olaraq bu ada razılıq verməməsidir.

Stoltenberg Nakedoniya millət vəkillərinə deyib ki, baş nazir Zoran Zaevin Yunanıstanla olan mübahisəni yoluna qoymaq əzmindən razıdır.

Yanvarın 17-də Makedoniya və Yunanıstan diplomatlarının Nyu Yorkda keçirilən görüşündən sonra BMT-nin xüsusi nümayəndəsi Matthew Nimetz deyib ki, o ad münahisəsinin tezliklə çözüləcəyinə ümid edir.

Lakin Stoltenberg deyib ki, NATO üzvlüyü addan daha mühüm məsələlərin həllini tələb edir.

Baş katib izah edib ki, NATO üzvlüyünə can atan ölkə bütün mühüm islahatları həyata keçirməli və ÜDM-ın 2 faizini müdafiəyə xərcləməyə hazır olmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG