Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:43

NATO rəhbəri avropalıları ABŞ-la bağlara ziyan vurmamağa çağırır


Jens Stoltenberg
Jens Stoltenberg

ABŞ və Fransa prezidentləri Donald Trump və Emmanuel Macron arasında baş vermiş mübahisənin ardınca NATO-nun başçısı Jens Stoltenberg alyansın avropalı üzvlərini transatlantik hərbi bağlarına təhlükə yaratmamağa çağırıb.

Trump noyabrın 9-da Twitter-də yazmışdı ki, Macron-un “real Avropa ordusu” yaratmaq çağırışı “təhqirdir”. Macron Avropanı Rusiya və Çindən, “hətta ABŞ-dan” qoruya biləcək silahlı qüvvələrin yaradılması zərurətindən danışmışdı.

Macron-un dediklərinə birbaşa istinad etməyən Stoltenberg deyib ki, o Avropa İttifaqının NATO-nu daha da güclü edəcək daha güclü səylərini alqışlayır.

Lakin NATO-nun baş katibi Avropadakı alyans üzvlərinə xəbərdarlıq edib ki, NATO-nun fəaliyyətində ikitirəlik yaratmasınlar və Birləşmiş Ştatlara münasibətlərə xələl gətirməsinlər.

Stoltenberg Berlində keçirilən forumda deyib ki, “Avropanın müdafiə səyləri yaxşıdır, lakin bu, transatlantik bağları sarsıtmamalıdır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG