Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:37

Putinin yeni baş nazirinin bacısının milyonlarla dollarlıq əmlakından xəbər verilir


Mikhail Mishustin (solda) və Vladimir Putin
Mikhail Mishustin (solda) və Vladimir Putin

Rusiyanın yeni baş naziri Mikhail Mishustin-in 49 yaşlı bacısı Natalia Stenina-nın Moskvada və Moskva ətrafında ümumi dəyəri 1 milyard rubldan (16 milyon dollar) çox olan daşınmaz əmlakının olduğu üzə çıxıb.

Bu barədə məlumatı Federal Vergi Xidmətinin qapalı məlumatlarına istinadən BBC-nin Rus xidməti verib.

Stenina Moskvanın mərkəzində Knightsbridge Private Park yaşayış kompleksində sahəsi 170 kvadratmetr olan mənzilin sahibidir.

BBC-nin təxminlərinə görə bu mənzilin qiyməti 180 milyon rubldur (3 milyon dollar). Mənzilin sahibi kimi “Rusiya Federasiayası” göstərilib.

Bundan başqa xanım Stenina Ağalarov yaşayış komleksində elit daşınmaz əmlaka malikdir.

Rusiya antikorrupsiya fondunun məlumatına görə bu daşınmaz əmlak Natalia Steninanın adına qeydiyyatdan keçirilib.

Rəsmi sənədlərdə “Rusiya Federasiyasının” əmlakı kimi göstərilən bu mülkün qiyməti 370 milyon rubldur (6 milyon dollar).

Bundan əvvəl Rusiyanın “Açıq media” saytı xəbər verirdi ki, Mishustin-in ailəsi Nikola dağı adlanan ərazidə ümumi dəyəri 1, 5 milyard rubl olan 2, 6 hektar torpaq sahəsinə malikdir.

Bu torpaqda Steninanın payı 1, 3 hektardır.

Rusiya dövlət reyestrində sahibin kimliyi gizlədilir, amma antikorruposiya fondunun məlumatına görə bu torpağın rəsmi sahibi Steninadır.

Bu da xəbər verilir ki, Natalia Stenina öz partnyorları ilə birlikdə Moskvanın “Tverskoy bulvarında” yerləşənbinanın sahibidirlər.

Bu binada əvvəllər “Nedalniy Vostok” restoranı yerləşib.

Bu biznesdə Steninanın payı 140 milyon rubldur.

Putinin yeni baş nazirinin bacısı əvvəllər bu restoranda 25 faizə malik olub.

2019-cu ildə restoran bağlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG