Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:22

Bu maşının batareyası Günəş şüasından dolacaq


Holland mütəxəssislər bildirirlər ki, onların düzəltdikləri elektrokarın batareyası fərqli olacaq.

Həmin batareya Günəş şüalarından dolacaq. Belə maşın, məsələn isti iqlimli ölkələrdə aylarla yanacaqdoldurma stansiyasına getməyə bilər.

Söhbət Eyndhoven Texnologiya Universitetinin mütəxəssislərinin hazırlamaqda olduqları “Stella” avtomobillərinin yeni modeli - Lightyear One-dan gedir. (Reuters)

Bu dörd yerlik avtomobilin batareyasını bir dəfə tam dolduranda 800 km-cən məsafə qət edə biləcəyi deyilir.

Avotomobili hazırlayan komanda deyir ki, bu maşınla dünyanın istənilən yerinə - hətta yanacaqdoldurma stansiyalarının olmadığı yerlərə də səyahət etmək mümkün olacaq.

Bu tip batareya maşının çəkisini bir qədər də azaltmağa imkan verəcək. Bu da öz növbəsində maşının daha az enerji sərfiyyatı ilə işləməsinə şərait yaradacaq. Yəni maşındakı Günəş batareyalarındakı enerjidən daha səmərəli istifadə etmək mümkün olacaq.

Lightyear modelinin prototipi yaxın vaxtlarda buraxılacaq. Universitetin mütəxəssisləri onun kütləvi istehsalına 2019-cu ildən başlamağa ümid edirlər.

Günəş batareyası ilə işləyən Stella avtomobillərinin əvvəlki modelləri bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

Buna da bax: Tıxac probleminin həlli üçün - ikitəkərli avtobus [Video]

XS
SM
MD
LG