Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:26

Stavropoldakı qəza: 6 ölü, 3 yaralı 


Qəza yerində
Qəza yerində

Martın 6-sı səhər saatlarında Stavropolun “Qafqaz” federal magistralında yol qəzası baş verib. Bu qəza nəticəsində 6 nəfər azərbaycanlının vəfat etdiyi bildirilir.

Bu barədə “Sputnik Azərbaycan”ın rus dilində nəşri məlumat yayıb.

Xəbərdə vurğulanıb ki, ilkin araşdırmalara görə, “ZİL” markalı yük maşını qarşı yola çıxaraq “Mersedes” sərnişin avtobusu ilə toqquşub. Avtobus Azərbaycandan olan fəhlələri daşıyırmış.

“Daha inandırıcı səbəb isə “ZİL” markalı yük maşını idarə edən şəxsin sükan arxasında yuxulamasıdır, çünki, ötmə üçün heç bir əsas olmayıb. Azərbaycandan olan fəhlələri dayşıyan avtobus isə sərnişin daşıma kateqoriyasına uyğun gəlmir. Avtobusun sürücüsü də həlak olub ” , bunu isə Stavropol Yol Polisi idarəsinin təşviqat şöbəsinin rəis müavini, polis podpolkoviniki Yevgeni Sinitsin bildirib.

Y.Sinitsin qeyd edib ki, dəhşəti qəza nəticəsində xəsarət alan daha 3 nəfərin vəziyyəti ağır olaraq qalır və Nevinnomısk şəhər xəstəxanasına yerləşdiriliblər.

Ümumilikdə qəzada 6 nəfərin öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir. Xəsrət alnalardan birinin də “ZİL” markalı yük maşının sürücüsü olduğu qeyd olunur.

XS
SM
MD
LG