Moldovalı biznesmen Anatol Statinin sözçüsü bildirib ki, əgər Astana ona düşən arbitraj təzminatını ödəməsə, o Qazaxıstanın Kaşaqan neft yatağındakı 5, 2 milyardlıq səhmlərin satılmasını tələb edəcək.
Stati, onun oğlu Gabriel və ata-oğulun nəzarətində olan iki şirkət artıq bir neçə ildir ki, Nursultan Nazarbayevin hökuməti ilə hüquqi çəkişmədədir.
Qazaxıstanın neft və qaz sənayesinə investisiyalar yatırmış Statilər iddia edirlər ki, Qazaxıstan onların investisiyalarını ucuzuna satdırqmağa məcbur etmək məqsədilə ailəyə qarşı əhəmiyyətli qısnama həyata keçirir.
Qazaxıstan bu iddiaları rədd edir.
Anatolie və Gabriel Stati özlərinin Ascom Group və Terra Raf Trans Trading şirkətləri ilə birlikdə Qazaxıstan hökumətindən beynəlxalq arbitraj vasitəsi ilə 500 milyon dollarlıq təzminat udublar.
Astana bu pulu verməkdən imtina edir.
Oktyabr ayında Qazaxıstan Statilərə və onların şirkətlərinə qarşı ABŞ federal məhkəməsində reketçilik ittihamı ilə iddia qaldırıb.