Keçid linkləri

2025, 09 İyul, çərşənbə, Bakı vaxtı 09:01

Azərbaycanda 'Start-up'çı olmaq sərf edirmi? [video]


Azərbaycan Rusiyadan 'Isgəndər'ə qarşı silah almağa çalışır?
Gözlə

No media source currently available

0:00 0:14:15 0:00

Azərbaycan Rusiyadan 'Isgəndər'ə qarşı silah almağa çalışır?

Azərbaycanda 'Start-up'lar üçün hansı imkanlar var? İnnovativ məhsul, xidmət, platforma təklif edən bu kiçik bizneslərin qayğısına necə qalınır?

23 yaşlı Fərid Məhərrəmli 3 tərəfdaşı ilə birlikdə internet sayt açıb bu sayta məlumatlar daxil edirsən, sənin üçün kütləvi tədbirlər, məsələn toy, ad günü, başqa istirahət tədbirləri təşkil edir.

Buna da bax:​ Bu app-ləri Azərbaycanda düzəldirlər

Fərid Məhərrəmli deyir ki, bu ilin mayında işə başlayan saytın artıq 15 işçisi var. Onlar böyümək, qlobal bazara çıxmaq, beynəlxalq şirkətə çevrilmək arzusundadırlar. Amma hələlik gənc sahibkar dövlətin yaratdığı şəraitdən narazıdır.

“Vergilərdə xüsusi güzəşt olunmalıdır. Avropada, Amerikada, Türkiyədə 'Start-up'lar üçün vergi güzəşti var. Amma Azərbaycanda ümumi kapital fondu 1 milyon dollar olan şirkətlə 'Start-up'a fərq qoyulmur. Nəticədə hazırda ölkədə gözlə görünən, beynəlxalq səviyyəli bir 'Start-up' yoxdur”.

ABŞ-ın Şimali Dakota Universitetinin iqtisadiyyat professoru Fariz Hüseynli hesab edir ki, 'Start-up'lar ümumiyyətlə iqtisadiyyat üçün önəmlidir, çünki bu sahə yeni bacarıqlar tələb edir və rəqabət mühiti yaradır, rəqabət mühiti isə bütövlükdə iqtisadiyyatı gücləndirir.

Buna da bax:​ Havanı içməli suya çevirən aparat ixtira edilib

Fariz Huseynli
Fariz Huseynli

Fariz Hüseynlinin sözlərinə görə, bəzən kiçik 'Start-up'larda yaranan ideyalar böyüyür və bazarda yeni tələblər yaradır:

"Hökumət riskləri azaltmaq və gəlirliliyi artırmaqla 'Start-up'ları dəstəkləyə bilər.

Bunun üçün maliyyə xərclərini azaltmaq olar. Elə etmək olar ki, məhsulun ideya formasından satış formasına keçməsi həm ucuz, həm də sürətli olsun".

Buna da bax:​ Ən parlaq 20 ideyadan biri Azərbaycandan oldu

Biz Bakı sakinlərindən soruşmuşuq ki, Azərbaycanda sahibkarlıq necə dəstəklənir.

Azərbaycanda biznes qurmaq imkanları necədir?
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Bəs dövlət 'Start-up'ları necə dəstəkləyə bilər.

Dövlət İKT Fondu 'Start-up' layihələrini müəyyənləşdirir. Bu fonda sorğu göndərib məlumat almaq istəsək də sorğumuza gün ərzində cavab ala bilmədik.

'Start-up'çı Fərid Məhərrəmli deyir ki, o, öz layihəsini təqdim edib, amma cavab ala bilməyib.

«’Facebook’, ‘Instagram’, ‘Watsapp’ kimi böyük sosial şəbəkələr elə belə bir gecədə yaranmayıb, onların arxasında böyük investorlar, başqa sözlə, angel investorlar- mələk yatırımçılar durublar. Düzdür, dövlət İKT Fondu yaradıb, amma bu şirkətin şəffaflığı dırnaqarasıdır. Burda bir standart yoxdur, nəyin əsasında seçim edirlər».

Buna da bax:​ Elektron icazələr portalının istifadəyə verilməsi ləngiyir

Dövlət İKT Fondundan bu iddia ilə bağlı sualımızı cavablandıran olmasa da, onun “YouTube” səhifəsində keçən ilin fevralında yerləşdirilmiş videoda deyilir ki, qiymətləndirmə zamanı əsasən innovativliyə, biznes perspektivinin olmasına önəm verirlər.

Səmayə Məmmədova
Səmayə Məmmədova

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə AzadlıqRadiosu-na deyib ki, nazirlik daha çox gənc sahibkarların ideyalarını dəstəkləyən biznes inkubatorları layihəsini həyata keçirir.

Buna da bax: Ən təhlükəsiz mesencer hansıdır?

Nazirlik, bundan başqa innovativ ideyaları dəstəkləyən “ideya qazandı” teleproqramını həyata keçirir.

XS
SM
MD
LG