Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:12

Ölkənin elektrik stansiyaları nə vəziyyətdədir?


“Ölkədə elektirk istehsal edən stansiyalar tikilib. Amma bu stansiyaların səmərəliliyi aşağı olub. Bu da onu göstərir ki, stansiyalara texniki xidmət aşağı səviyyədədir.”

Bunu AzadlıqRadiosuna “Turan Energy” jurnalının redaktoru İlham Şaban sentyabrın 5-də Bakının Şüvəlan qəsəbəsində “Şimal-2” elektrik stansiyasının istismara verilməsi ilə bağlı bildirib.

İlham Şaban vurğulayıb ki, ölkədəki elektrik stansiyalarının işi ilə bağlı audit keçirilməyib:

“Yalnız 2018-ci ilin oktyarbında “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin (ASC) yeni rəhbərlyinin araşdırmaları nəticəsində məlum olub ki, stansiyaların ancaq 70%-i layihə gücündə işləyir, 30% isə yararlı halda deyil. Bu da bir daha göstərir ki, dediyim kimi stansiyalara lazımı səviyyədə texniki xidmət, qulluq göstərilməyib”.

İlham Şaban hesab edir ki, 2018-ci ilin iyulunda Mingəçevirdə İstilik Elketrik Stansiyasında (İES) baş vermiş qəza da texniki xidmətin göstərilməməsinin nəticəsi idi:

“Baxmyaraq ki, 10 illərdir, dövlət bu sahəyə milyardlarla vəsait qoyub. Dedyim qəzadan sonra da bu sahəyə böyük vəsait ayrılıb, amma səmərəlilik istənilən səviyyədə deyil”.

İlham Şaban daha sonra əlavə edib: ““Azərnerji” ASC-nin 6 min nəfər əməkdaşı var. Araşdırma nəticəsində üzə çıxıb ki, burada çalışanların tən yarısının, 3 min nəfərinin əməkhaqları ölkə üzrə orta əməkhaqqından da aşağıdır”.

“Şimal-2” elektrik stansiyasının istismara verilməsinə gəlincə İlham Şaban qeyd edib ki, bu stansiyanın təməli 2011-ci ildə qoyulub:

“Həmin təməlqoyma mərasimində “Azərenerji” ASC-nin köhnə rəhbərliyi deyirdi ki, stansiya iki ildən sonra, yəni 2013-cü ildə istifadəyə veriləcək. Amma hamımız görürük ki, həmin iki ilin üzərindən 4 elə iki il keçib ”.

Ekspertin bu dediklərinə, hələlik, “Azərnerji” ASC-nin rəsmilərindən münasibət almaq mümkün olmayıb.

“Şimal -2” istismara verilib

Sentyabrın 5-də Prezident İlham Əliyevin iştirakı ilə “Şimal-2” elektrik stansiyasının istismara verilməsi məraismi keçirilib.

Bu barədə president.az saytı xəbər verib.

Layihənin ümumi dəyəri 330 milyon dollardan yuxarı olub.

Bu məbləğin 275 milyon dollarını Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının güzəştli kredit şərtləri ilə verdiyi açıqlanıb.

Verilən məlumata görə, layihə 409 mbt. gücündə buxar-qaz qurğusu hazırlamağı nəzərdə tutub. İnşaat işlərini də Yaponiyanın “Toyo Engineering Corporation”şirkəti həyata keçirib.

“Şimal-2” elektirk stansiyasının işə salınması ilə hər iki stansiya il ərzində 5,7 milyard kilovat/saat elektrik hasil etməlidir.

“Şimal” elektirk stansiyası XX əsrin 50- ci llərində istismara verilmişdi.

Xatırlatma

2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə Mingeçevirdəki “Azərbaycan” İES-də baş verən qəza nəticəsində ölkənin elektrik enerjisi sistemində böhran yaşanmışdı.

Ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. Yalnız iyulun 3-u səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı. Ancaq iyulun 3-ü saat təqribən 18-45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik kəsilmişdi.

Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilmişdi. Yalnız gecə saatlarında elektrikin böyük ölçüdə bərpa edildiyi açıqlanmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG