Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Sputnikin büro rəhbəri Litvadan çıxarılıb


Rusiyanın Sputnik xəbər agentliyi Litva bürosunun baş redaktoru bu ölkədən xaric edilib.

Marat Kasem mayın 28-də Vilnüs hava limanında Litva sərhədçiləri tərəfindən saxlanıb və vətəndaşı olduğu qonşu Latviyaya deportasiya edilib. Kasem Vilnüsə Moskvadan gəlirdi.

Latviya vətəndaşı Kasemin beş il müddətində Litvaya girişi qadağan olunub.

Litva Dövlət Sərhəd Keşiyi Xidmətindən verilən rəsmi məlumata görə Kasem “milli təhlükəsizliyə hədə” elan edilib.

İnsidentdən sonra Riqadan göndərdiyi videoda Kasem deyir ki, onu Vilnüs aeroportunda 6 saata yaxın saxlayıblar və o hakimiyyət orqanlarının nümayəndələri tərəfindən sorğu-sual edilib.

Kasem bildirir ki, ondan Rusiyanın məxfi xidmətləri ilə əlaqəsi olub-olmadığını soruşurdular.

Litva Sərhəd Keşiyi Xidməti hələlik heç bir şərh verməyib.

Hazırda Moskva və Vilnüs arasında münasibətlər kifayət qədər gərgindir.Litvada son aylarda bir neçə nəfər Moskva üçün casusluqda ittiham olaraq saxlanıb və ya məhkum edilib.

Qərb siyasətçiləri və kəşfiyyat orqanları Sputnik və RT də daxil Rusiya dövlət media orqanlarının Kremlin təbliğat aləti olmasından narahatlıq ifadə edirlər.

ABŞ Ədliyyə Nazirliyi 2017-ci ildə RT telekanalının ABŞ bölümünü xarici agent kimi qeydiyyatdan keçməyə məcbur edib.

Nazirlik RT-ni 2016-cı il ABŞ seçkisinə Kremlin müdaxiləsində iştirak etməkdə günahlandırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG