Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 20:49

Ermənistan Spitakdakı zəlzələnin ildönümünü qeyd edir


Spitakda zəlzələ. 1988

Ermənistan Spitakda baş verən zəlzələnin ildönümünü qeyd edir.

1988-ci il dekabrın 7-də baş verən zəlzələ Leninakan (indiki Gümrü) və Spitak şəhərlərini demək olar ki, yer üzündən sildi.

Rəsmi məlumata görə, zəlzələ nəticəsində ümumilikdə təxminən 25 min adam ölüb, 10 minlərlə insan əlil olub, 100 minlərlə adamsa evsiz qalıb.

Ən çox itki indiki Gümrü şəhərində olub - 17 min nəfər.

Zəlzələnin mərkəzində, Spitakda isə 4 min adam ölüb.

Zəlzələ nəticəsində həmçinin, Kirovakan şəhəri də daxil olmaqla, onlarla şəhər və ətraf kəndlərə ziyan dəyib.

Bunun üstündən 29 il ötməsinə baxmayaraq, bir çox ailələr hələ də müvəqqəti evlərdə yaşayırlar. Ermənistan hökuməti dəfələrlə bunun hökumətin qarşısında duran əsas məsələlərdən olduğunu bəyan etsə də, problem hələ də həllini tapmayıb.

O zaman Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistana Bakıdan humanitar yardım aparan «İl-76» təyyarəsi də Ermənistanın hava məkanında müəmmalı şəkildə qəzaya uğramış, yardıma gedən 78 azərbaycanlı könüllü həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG