Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:25

SpaceX orbitə ilk mülki uçuşa start verib


“Inspiration4” kosmosa yollanır
“Inspiration4” kosmosa yollanır

“Inspiration4” milyarder Cared İsakmənin beyin məhsuludur. O, uçuşu hazırlamaqla kosmosun hər kəsə açıqlığı mesajını verir

Dörd mülki şəxs Space X şirkətinin kosmik gəmisində Floridadan kosmosa səyahətə çıxıb.

“Inspiration4” (İlhamverici dördlük) adlı heyət sentyabrın 15-də NASA-nın Kennedi Mərkəzindən qalxıb. Kosmik gəmidə peşəkar astronavt yoxdur.

Heyət kosmosda üç gün qalacaq.

Hər kəsə açıq kosmos

Bu, kosmik turizmin inkişafında ən son hadisədir. Daha öncə iyulda milyarderlər Riçard BrensonCef Bezos öz şirkətlərinin kosmik gəmilərində orbitə qalxmışdılar.

“Inspiration4” milyarder Cared İsakmənin beyin məhsuludur. O, uçuşu hazırlamaqla kosmosun hər kəsə açıqlığı mesajını verir.

38 yaşlı İsakmən təcrübəli pilot, ödəniş prosessoru şirkətinin baş icraçı direktorudur. O, Space X-ə bu uçuş üçün açıqlanmayan məbləğ ödəyib.

O, milyarder biznesmen İlon Maskın SpaceX şirkəti ilə əlaqə yaradaraq şirkətin Falcon 9 raketindən və “Crew Dragon” kapsulundan istifadəni razılaşdırıb.

Dördlük

“Inspiration4” uçuşunun hər bir üzvü dörd dəyəri təmsil etməyə seçilib – liderlik, ümid, rifah və səxavət. İsakmən liderliyi təmsil edir və missiyanın komandiridir.

Digərləri Heyli Arseno (qadındır) uşaqlıqda sümük xərçəngindən müalicə alıb, ümidi təmsil edir; qadın olan digər heyət üzvü Sian Proktor geologiya üzrə professordur, rifahı təmsil edir; ABŞ Hava Qüvvələri veteran Kris Sembroski isə səxavəti təmsil edir.

Bu missiya Brenson və Bezosunkundan daha ambisiyalıdır. Onlar sadəcə bir neçə dəqiqəliyə orbitdən kənara çıxmış, mikrocazibə qüvvəsini hiss etmişdilər.

Dragon kapsulu isə orbitdən 575 kilometr yüksəkliyə qalxacaq, bu, Beynəlxalq Kosmik Stansiyadan da yüksəkdə olmaq deməkdir.

Kapsula avtomatlaşdırılsa da, Dragon-un dörd rayderi (ekipajı) uçuşla bağlı altı ay təlim keçib.

SpaceX Falcon raketini NASA üçün öncəki astronavt uçuşlarında istifadə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG