Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Rusiyanın Soyuz raketi hərbi peyki orbitə çıxarır


Soyuz 2.1b raketi Plesetskdəki kosmodromdan qalxıb
Soyuz 2.1b raketi Plesetskdəki kosmodromdan qalxıb

Rusiya pilotsuz Soyuz raketini orbitə çıxarıb. Ötən ayın əvvəllərində bu tipdən olan raketin startı uğursuz olmuşdu.

Rusiyanın Müdafiə Nazirliyi oktyabrın 25-də bildirib ki, “Soyuz-2.B raketi Plesetsk kosmodromundan uğurla fəzaya qalxıb və Rusiya silahlı qüvvələri üçün nəzərdə tutulmuş hərbi peyki orbitə çıxarıb”.

Rusiya kosmos agentliyinin rəhbəri Dmitry Roqozin Twitter-də yazıb ki, “bu, 11 oktyabr qəzasından bəri kosmosa göndərilən ilk Soyuz gəmisidir”.

Bundan əvvəl qəza ilə başa çatmış Soyuz missiyasında Rusiya-Amerika ekipajının iki kosmonavtının içində olduğu kapsul sıradan çıxmış, lakin onlar sağ-salamat Qazaxıstanda enə bilmişdilər.

Qəzaya uğrayan raket Rusiya kosmonavtı Aleksei Ovchinin və ABŞ astronavtı Nick Hague-i Beynəlxalq Kosmik Stansiyaya çatdırmalı idi.

O vaxt Rusiya kosmos agentliyi bildirmişdi ki, Soyuz tipindən olan bütün raketlərin buraxılışı dayandırılır. Bu da qeyd olunurdu ki, agentlik ekipajın dekabrda stansiyaya çatdırılacağına ümid edir.

Media xəbərlərində deyilirdi ki, qəzaya raketin yan çənlərinin onun əsas gövdəsindən ayrılmasını təmin edən qurğunun nasazlığı səbəb olub.Belə güman edilirdi ki, yan modullar raket Baykonura daşınaraq orada yığılarkən zədələnib.

Rusiya rəsmiləri bildiriblər ki, sözü gedən ekipajdan əvvəl kosmosa azı iki Soyuz tipli raket buraxmağı planlaşdırırlar.

XS
SM
MD
LG