Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:17

Sovetskidə içərisi mal dolu dükanın qapısını hörüblər [video]


Sovetskidə mağazanın qapısı hörülür
Gözlə

No media source currently available

0:00 0:00:21 0:00

Sovetskidə mağazanın qapısı belə hörülür [video]

“Başçı gəlib, özüylə də polis qüvvəsi gətirib, gözüm görə- görə sənədli, halal dükanımın qapısını hördürür. Səsini çıxaranı da, polislərə göstəriş verib qollarını burdurub maşına atdırır. Başçının əmriylə iki nəfəri maşına basıb məhkəməyə aparıblar”.

“MƏNDƏN QİSAS ALIR”

Elçin Rəhimov Bakının “Sovetski” adlanan ərazisində yaşayır. Fevralın 6-da yaşadığı ünvana gələn Yasamal rayon icra hakimiyyətinin fəhlələri onun sahibi olduğu ərzaq dükanının qapısını hörməyə başlayıblar.

Buna da bax:​ Köçkünlərdən 'sayğaca yox' aksiyası

AzadlıqRadiosu-nun “Qaynar xətt”inə şikayətlənən E. Rəhimov deyir, fəhlələrin başının üstündə şəxsən icra hakimiyyətinin başçısı İbrahim Mehtiyev dayanıb:

“Dədə-baba mülkündə - Abdulla Şaiq küçəsi, dalan 15, ev 18-də yaşayıram. Elə dükan da həmin mülkə aiddir. Bütün sənədlərim var, fəaliyyətim də tam qanunidir. Uzun illərdir, vergimi, sosial ödəmələrimi edib başımı aşağı salıb işləyirəm. Ərazidəki insanlar buradan ərzaq alırdılar. Mənim mülküm plana düşüb və qiymətdə razılaşmırıq. Burada mənim evimdən başqa 4-5 ev də var, sahibləri kompensasiya ilə razılaşmır. İcra hakimiyyəti də məndən qisas almaq üçün dükanı işlətməyimə imkan verməyəcəyini dedi”.

Buna da bax:​ ''İkarus'un təkərləri altında qalacaqdıq'

“ADAMLARIN GÖZÜNÜ QORXUDURLAR”

İçi ərzaqla dolu olan və qapısı hörülən dükanın sahibinin sözlərinə görə, o və qonşular fəhlələrə mane olmaq istəyəndə polis hərəkətə keçir:

“Elşən və Namiq adlı qonşuları Yasamal Məhkəməsinə apardılar. İkisinin də burada mülkü var, Elşənin evini bu dəqiqə sökürlər, Namiqin də mülkünü sökürlər, onu artıq üçüncü dəfədir ki, tutub aparırlar. Adamların gözünü məhkəməylə, əraziyə polis tökməklə qorxudurlar”.

Bir müddət əvvəl Elçin Rəhimov Yasamal rayon icra hakimiyyətini məhkəməyə verib. Növbəti məhkəmə iclası martın 28-nə təyin olunub. Yəni E. Rəhimovun nə mülkünün sökülməsi, nə də mağazanın qapısının hörgüsü barədə məhkəmə qərarı yoxdur.

Buna da bax:​ 'Qazı parniklərə verirlər, bizi isə dondururlar'

Yasamal rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, qurum rəhbərliyi hazırda ərazidə olduğundan məsələyə münasibət bildirə bilməyəcəklər. Ümumi şəkildə bildirilib ki, sakinlər verilən kompensasiyadan artıq məbləğ tələb edirlər. Lakin bu kompensasiya Nazirlər Kabineti tərəfindən müəyyən edilib və onu artırıb azaltmaq icra hakimiyyətinin səlahiyyətinə aid deyil.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG