Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

'Sovetski'də yenidən söküntüyə başlandığı bildirilir [Video]


Sovetski sakinləri işıqlarının kəsildiyini deyirlər
Sovetski sakinləri işıqlarının kəsildiyini deyirlər

Bu gün, yanvarın 17-də «Sovetski» ərazisində köçmək istəməyən 24 ailənin yaşadığı mənzillərin söküntüsünə başlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna vəkil Cavad Cavadov məlumat verib. Hadisə yerində olan vəkilin sözlərinə görə, söküntü işləri sakinlərin razılığı və məhkəmənin qərarı olmadan aparılır: «İşlərin çoxusu məhkəmədədir. Kimin şikayəti apellyasiya, kimin də kassasiya mərhələsindədir. Yəni, məhkəmənin qərarı olmadan adamları küçəyə atıb evlərini sökməyə başlayıblar. Bir nəfərin əşyaları evdə qalıb, əşyalarla bir yerdə sökürlər. İşə Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov rəhbərlik edir».

Vəkil əlavə edib ki, dünən, yanvarın 16-da bu ərazidə işıq və su kəsilmişdi, lakin sonra kommunal xətlər bərpa olunub: «Dünən, yanvarın 16-da işıq, su kəsilmişdi, söküntüyə hazırlıq başlamışdılar. Sonra Bakı Şəhər İcra Hakimiyyətin nümayəndələri gəlib dedilər ki, sabah, yanvarın 17-də sakinlərlə söhbət edəcəklər, işığın, suyun verilməsini bərpa etdilər. Yanvarın 17-də səhər isə buldozerləri bura töküb, sökürlər».

C.Cavadov qeyd edib ki, əraziyə polis qüvvələri də cəlb edilib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

'Sovetski' sakinləri işıqlarının kəsildiyini deyirlər

Yanvarın 16-da Bakının "Sovetski" deyilən ərazisində yaşayan 24 ailənin elektrik və suyunun kəsildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, saat 16.00 radələrində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nümayəndələri əraziyə gələrək sakinlərin suyunun və işığın kəsilməsi tapşırığını veriblər:

“Təzəpir” məscidin yanında yaşayırıq. 24 ailə, yəni təxminən 100-ə yaxın şəxs bu soyuqda donur. Körpə uşaqlarımız var. Hamısı soyuqdan donub öləcək…"

Onların vurğulamasına görə, ərazidə qaz da yoxdur.

Sakinlər habelə bildiriblər ki, onları ərazidən köçürmək istəyirlər:

"Biz isə razılaşmırıq. Çünki mənzillərimizin yaşayış sahəsi balacadır və dövlət tərəfindən təyin olinmuş kompensasiya bəs etmir. Təklif edildiyi pulla biz özümüzə ev ala bilmərik. Bizim hüquqlarımız kobud şəkildə pozulur".

Sovetski sakinləri etiraz aksiyası keçiriblər
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Amma onlar mənzillərinin hər kvadratmetrinə nə qədər təklif edildiyini söyləməyiblər.

Sakinlər həmçinin bildiriblər ki, suyun və elektrikin kəsilməsinə etiraz olaraq aksiya keçirmək niyyətindədirlər.

Bütün bu deyilənlərə, hələlik, Bakı Şəhər İcra Hakimiyyəti və başqa aidiyyatı qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Bakının “Sovetski” deyilən ərazisinin sökülməsinə 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri sakinlərlə bir çox hallarda əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb.

İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə müqavimət göstərən ailələr də olub. Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər.

Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG