Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:32

'Sovetski'də sonuncu evlər mübarizəni davam etdirir, ancaq...


'Sovetski'də qalan sonuncu evlər
'Sovetski'də qalan sonuncu evlər

“Dünəndən “Sovetski”dəki hələ sökülməmiş evlərə gedən işıq xətləri kəsilib. Qaz çoxdan kəsilmişdi, elektriklə isinirdik, indi o da yoxdur”.

Yasamal rayonu, Abdulla Şaiq küçəsinin (Sovetski) sakinləri AzadlıqRadiosu-na düşdükləri durumdan danışırlar.

Buna da bax:​ 'Sovetski'də bu dörd tərəfi sökülən evdəkilər sona qədər duracaqlarını deyir

“NƏ XEYİR GÖTÜRƏCƏKLƏR?”

Dekabrın 26-dan küçədəki azı 15 mənzilin işığı kəsilib. Sakinlərin deməsinə görə, işıq xətlərinin kəsilməsi şəxsən icra hakimiyyəti başçısının göstərişidir. Onlarsa qışın ortasında azyaşlıların, qocaların, xəstələrin qəsdən soyuqda saxlanmasına etiraz edirlər. Rəhimə Sadıqova:

“Başçının bu hərəkəti insanlığa sığmır. Uşağa evin içində iki əlcəyi üst-üstə geydirmişəm. Paltoya, üstündən də ədyala bükmüşəm. Ayaq barmaqları donub, bu gün məktəbə göndərməmişəm. Ətrafımız açıqlıqdır, hər yeri söküblər, dörd tərəfdən külək, şaxta... Evlərimizin bir hissəsini ağır texnikalarla vurub qəzalı vəziyyətə salıblar. Göz görə-görə qocanı, uşağı soyuqdan dondurmaqla nə əldə edirlər? 81 yaşlı xəstə anamın naləsi göyə çıxıb. Ayıb deyil? Bu nalələrin ardından burda nə tikəcəklər, nə xeyir götürəcəklər?”

Buna da bax:​ 'Axır ki, evimdən atdılar məni...'

Digər sakin Şamil Cəbiyev deyir, işıq xətlərini kəsərkən onlara bildirilib ki, söküntü yerində işlək işıq xətləri qəzaya səbəb ola bilər. Ancaq sonra başqa səbəb söylənib:

“Dedi, ‘texnikalar işləyir, elektrik xətlərini zədələyirlər, yanğın olar, qalarsız içəridə, yanarsız, məhv olarsız’. Sonra da dedi, ‘gedin başçıya deyin, onun tapşırığıdır’”.

“XƏBƏRDARLIQ OLUNUB”

Yasamal rayon icra hakimiyyətindən AzadlıqRadiosu-na bildirilib ki, Abdulla Şaiq küçəsində kommunal xidmətlərin dayandırılması ərazidəki söküntüylə əlaqədardır:

Buna da bax:​ "Sovetski" xarabalıqları- FOTOLAR

“Həmin ərazidə yaşayan sakinlərə çoxdan xəbərdarlıq olunub ki, mənzillərə kommunal xidmətlər dayandırılacaq. Bu gün də onlara verilən kompensasiyanı götürüb evdən çıxmaq təklif olunur. İşlər də onlara görə ləngiyir”.

Sakinlər evlərindən çıxmamaqlarını müxtəlif səbəblərlə bağlayırlar. Bir qisim sakini kompensasiyanın məbləği qane etmir, bir qisim sakin əlavə tikililərə və həyətyanı sahələrə görə ödəniş hesablanmamasıyla razılaşmır. Bir qisim sakinsə ümumi mülkiyyət olan evlərə görə kompensasiyaların ədalətli bölünmədiyini bildirir.

Buna da bax:

Bakının 'Suriya'sı
Gözlə
Embed

No media source currently available

0:00 0:02:40 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG