Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:48

Sovet gedib, amma maşınları Bakının havasını zəhərləməkdə davam edir


Avropa Birliyi ilə sazişin mətni niyə açıqlanmır? Əli Kərimli niyə narazıdır?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Avropa Birliyi ilə sazişin mətni niyə açıqlanmır? Əli Kərimli niyə narazıdır?

BMT-nin məlumatına görə Bakıda havanı ən çox maşınlar çirkləndirir.

Təşkilatın Ətraf Mühit Proqramının 2015-ci ilə aid məlumatına görə havaya buraxılan tullantıların 80 faizi nəqlyyatın payına düşür.

İctimai fəal, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, Bakıda hava getdikcə daha çox çirklənir:

“Maşınların çoxluğu, adamların çoxluğu duruma təsir edib. Yeni tikilən binalar hava axınının istiqamətini dəyişib, hətta dayandırıb. Ona görə də maşınlardan və digər qurğulardan atılan zəhərli maddələrin hamısı “havadan asılı vəziyyətdə” qalır”.

Sovet maşınlarından niyə əl çəkilmir?

Dövlət Statistika Komitəsinin 2017-ci ilə olan məlumatına görə, Bakı avtomobil parkının təqribən yarısını Sovet dövründə, eləcə də müstəqilliyin ilk illərində və daha sonra Rusiyada istehsal olunmuş maşınlar təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş əməkdaşı, ekoloq Cavid Qara deyir ki, Sovet dövründə istehsal olunmuş avtomobillərin mühərrikləri ətraf mühiti daha çox korlayırlar.

Lakin Sovet-Rusiya avtomobilləri Azərbaycanda “populyarlığını” itirmək bilmir ki, bilmir. Bakı sakini Zahid Eyvazovun idarə etdiyi avtomobil 36 il əvvəl istehsal olunub. O deyir ki, bu maşından imtina etmək fikri yoxdur:

“1983-cü ilin maşınıdır. Sovet maşınlarına mənim böyük həvəsim var. Bu maşını dəyişmək fikrim yoxdur.

Ekoloq Cavid Qara isə deyir ki, 1983 -cü ilin maşınının havanı çirklədirmə dərəcəsi yuxarıdır:

“1983-cü il istehsalı avtomobili avrostandartlara cavab verə bilməz. 1983-cü il istehsalı avtomobil atmosferi 2014-cü ildən sonra istehsal olunmuş maşından 20 dəfəyə qədər çox çirkləndirir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qəmbərov AzadlıqRadiosuna deyib ki, hökumət bu sahədə bir sıra tədbirlər görüb. Məsələn, artıq Avrostandartlara uyğun gəlməyən avtomobillərin ölkəyə gətirilməsi qadağan edilib.

O ki qaldı, mövcud köhnə avtomobillərin dəyişdirilməsinə, Mirsalam Qəmbərov deyir ki, bu, sosial cəhətdən həssas məsələdir və mərhələli həyata keçirilə bilər.

Rövnəq Abdullayev "2030-dək gözləyin" deyir

Nazirliyin saytındakı məlumatlarda deyilir ki, qurum, Paris Razılaşmasına müfaviq olaraq 2030-cu ilə qədər karbon dioksid qazının miqdarının 35 faizə qədər azaldılması barədə öhdəlik götürüb, bu məqsədlə daha az avtomobil, daha çox velosiped istifadə edilməsi ilə bağlı kampaniyalar keçirir.

Üstəlik də bu il Bakıda növbəti, 4-cü Formula-1 yarışı keçirilir. Lakin Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Formula 1 yarışlarında iştirak edən avtomobillərin Bakıda havanın çirklənməsinə elə bir təsiri yoxdur:

“Benzin və dizel ümumiyyətlə havanı çirkləndirir. Amma Formula 1 avtomobillərinin işlətdiyi Super 98 markalı benzinin 0,1 faiz tullantısı var, Bakıdakı maşınların isə 1,3 faiz tullantısı. Bakıya 30 maşın gəlib, bu qədər maşın havanı çirkləndirəcəkmi?”

İlham Şaban deyir ki, hazırda onsuz da yerli avtomobillər havanı çox çirkləndirir, belə ki, Azərbaycada avtomobillərin əksəriyyəti Avro 2 standartlı yanacaqla hərəkət edir, amma məsələn, Avropada hazırda əsasən Avro 6 standartı tətbiq edilir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev isə mediaya açıqlamasınada deyib ki, “Avro 5” standartlı benzinin istehsalına 2030-da başlanacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG