Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:42

ABŞ ‘cəsur’ iranlı vəkilin həbsini pisləyir


Nasrin Sotoudeh
Nasrin Sotoudeh

Birləşmiş Ştatlar tanınmış İran insan haqları müdafiəçisi Nasrin Sotoudeh-in həbsi barədə xəbərlərdən “dərindən narahat” olduğunu bildirib və onun dərhal azad edilməsinə çağrırıb.

ABŞ Dövlət Departemtinin bəyanatında deyilir ki, Sotoudeh “son bir neçə ildə İran rejimi tərəfindən qısnanıb və İranda insan haqlarının müdafiəsinə cəsarət etdiyinə görə vaxtaşırı həbsxanaya salınıb”.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert iyunun 14-də deyib:

“Biz xanım Sotoudeh-in cəsurluğunu və onun rejimin qurbanları naminə mübarizəsini alqışlayırıq”.

Nauert onun və “öz baxışlarını və daha yaxşı həyat üçün arzularını ifadə etdiklərinə görə həbsxanalarda olan yüzlərlə başqalarının dərhal azad edilməsinə” çağırıb.

Tehran ABŞ-ın bu çağırışına hələki cavab verməyib.

Sotoudeh-in əri Reza Khandan özünün Facebook səhifəsində yazıb ki, təhlükəsizlik xidmətinin əməkdaşları iyunun 13-də onların evinə gələrək onun arvadını Tehranın Evin həbsxanasındakı məhkəməyə aparıblar.

Khandan AzadlıqRadiosunun Farda redaksiyasına deyib ki, təhlükəsizlik işçiləri Sotoudeh-i onun barəsində keçmişdə çıxarılmış məhkəmə hökmünə görə apardıqlarını bildiriblər. Khandan deyib ki, bu “keçmiş hökm” barədə arvadının xəbəri olmayıb.

Londonda mənzillənmiş beynəlxalq insan haqları təşkilatı – Amnesty International da Sotoudeh-in həbsini pisləyib və bunu “cəsur insan haqları müdafiəçisinə hiddət doğuran hücum” adlandırıb.

55 yaşlı insan haqları müdafiəçisi əvvəllər də həssas məhkəmə işlərini üzərinə götürdüyünə görə təzyiqlərə məruz qalıb.

İki uşaq anası olan vəkil 2010-cu ildə həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Lakin Sotoudeh 2013-cü ildə azadlığa buraxılmışdı.

2012-ci ildə Avropa Parlamenti özünün ən yüksək mükafatı olan Fikir Azadlığı Uğrunda Saxarov Mükafatına Sotoudeh-ni layiq görüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG