Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 18:02

Sorağı gəlməyən əsgəri necə tapmalı? (VIDEO)


Ermənistanda etirazlar davam edir: Nikol Paşinyan islahat planlarını açıqlayıb
Gözlə

No media source currently available

0:00 0:09:32 0:00

Ermənistanda etirazlar davam edir: Nikol Paşinyan islahat planlarını açıqlayıb

Noyabrın 10-dan Qarabağda döyüşlər dayansa da, hələ də döyüşə getmiş yaxınlarından xəbər ala bilməyən ailələr var.

Şirvan şəhərində yaşayan Abdinovlar ailəsi də onlardan biridir. Onlar döyüşlərdə iştirak edən 21 yaşlı Yəhya Abdinovdan xəbər ala bilmirlər.

Onun bibisi oğlu Saday Tağıyevlə bu gün noyabrın 18-də səhər saatlarında danışarkən, hələ də ailəsinin gözü yolda olduğunu bildirirdi:

“Mən bibisi oğluyam. Əsas böyüklərimiz axtarıb. Mən isə qaynar xətlərə zəng etmişəm. Qaynar xətdən bildirdilər ki, yaralılar arasında yoxdur. Tanışlarla maraqlanmışam. Amma hələki dəqiq məlumat ala bilməmişik. Hərə bir söz deyir. Biri deyir sağdır xidmətdədir, biri deyir elə yerdədir ki, telefonu orada şəbəkə yoxdur ona görə zəng edə bilmir. Başımızı itirmişik dəqiq məlumat ala bilmirik”.

İtkin əsgər yaxınları haralara müraciət edə bilər?
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Müdafiə Nazirliyinin qaynar xətləri

Son günlər sosial şəbəkələrdə əsgər yaxınlarının axtardığını deyənlər çoxdur.. Bəs, belə ailələr hara müraciət etməlidirlər? Onlar öz yaxınları haqda məlumatları hardan ala bilərlər?

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Turan" agentliyinə bildirib ki, həmin ailələr üçün nazirlikdə qaynar xətlər yaradılıb.

O, ailələrə ilk növbədə həmin qaynar xətlərə müraciət etməyi tövsiyyə edib.

Müdafiə Nazirliyi: +994 (012) 912

Nazirliyin Tibb Baş İdarəsi:

+994 (012) 406-68-84

+994 (012) 406-68-58

+994 (012) 406-72-52

+994 (012) 406-72-77

Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi:

+994 (012) 406-85-43

+994 (012) 406-59-33

O ki qaldı itkin düşənlərin sayı haqda məlumatlara, mətbuat xidmətindən bildirib ki, indi bununla bağlı dəqiqləşdirmələr aparılır, bu barədə işlər yekunlaşandan sonra məlumat veriləcək.

Qarabağda iki oğlunu itirən ana...
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Qırmızı Xaç da axtarır

Müdafiə Nazirliyindən başqa Beynəlxalq Qırmızı Xaç Komitəsi də silahlı münaqişə zamanı itkin düşənlərin yerinin müəyyənləşdirilməsi üzərində çalışdığını bildirir.

Komitənin Azərbaycan nümayəndəliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova AzadlıqRadiosuna deyib ki, hazırda Rusiyadan olan sülhməramlılarla birgə meyitlərin toplanması əməliyyatında iştirak edirlər:

“Beynəlxalq Qırmızı Xaç Komitəsi olaraq biz də münaqişə nəticəsində ailə üzvləri haqda məlumatı olmayan şəxsləri qeydiyyatdan keçiririk. Ailələr bizim Bakı və ya Bərdə ofisimizə müraciət edə bilərlər. Ümumiyyətlə isə, hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsi sülhməramlıların da iştirak etdiyi ərazilərdə meyitlərin toplanması əməliyyatları ilə məşğuldur. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fəaliyyət göstərən bütün ofisləri bir biri ilə məlumat bölüşür”.

Hər iki tərəfdən hərbçilər arasında da çoxsaylı itkilər var. Azərbaycan bildirib ki, hərbi qüvvələrdə itkilərin sayı münaqişənin aktiv fazası başa çatandan sonra elan ediləcək.

Amma hələki bu haqda hər hansı rəsmi açıqlama yoxdur. Ermənistan tərəfi isə rəsmi elan etdiyi canlı qüvvə itkisinin 1500 nəfəri keçdiyini bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG