Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 04:25

ABŞ səfiri ifadəsinə Trump-ın ziyanına düzəliş edir


Gordon Sondland
Gordon Sondland

ABŞ-ın Avropa İttifaqındakı səfiri Gordon Sondland Konqresin impiçment təhqiqatçıları qarşısında bundan az əvvəl verdiyi ifadəyə düzəliş edib.

Səfir indi bildirir ki, administrasiya Ukraynaya çatacaq hərbi yardımı Kiyevin üzərinə prezident Donald Trump-ın siyasi rəqiblərinə qarşı cinayət təhqiqatına başlanması üçün təzyiq göstərmək məqsədilə saxlayıb.

Səfirin bu qeydləri onun noyabrın 5-də ictimaiyyətə açıqlanmış ifadəsinin yazılı mətnində yer alıb.

Sondland Konqres komitələri qarşısında ötən ay ifadə vermişdi. Bunun ardınca onun vəkilləri Nümayəndələr Palatasının komitələrinə səfirin yeni andlı bəyanatını təqdim ediblər. Bu bəyanatla Sondland əvvəl verdiyi ifadəyə düzəliş edir.

Yaddaşın qayıdışı

Bu bəyanatda Sondland bildirir ki, impiçment təhqiqatına iki başqa şahidin ifadəsini oxuduqdan sonraonun yaddaşı aydınlaşıb.

Sondlandın sözlərinə görə o indi Varşavada Ukrayna prezidenti Volodymyr Zelenskiy-nin baş müşaviri ilə görüşünü xatırlayıb.

Onun dediyinə görə, həmin söhbət zamanı o baş müşavirə deyib ki, Ukrayna Trump-ın siyasi rəqibi Joe Biden və onun oğlunun Burisma enerji şirkəti ilə əlaqələrinin cinayət təhqiqatına başlamayınca Kiyevə hərbi yardımın çatdırılması bərpa olunmayacaq.

Sondland Andriy Yermaka deyib ki, “Ukrayna Kiyevlə həftələrlə müzakirə olunan antikorrupsiya bəyanatını təqdim etməyincə, ABŞ-ın hərbi yardımının bərpa olunacağı inandırıcı görünmür”.

Sondland bunu da bildirib ki, bu söhbət Kiyev üzərinə Biden-lərə qarşı cinayət işinin açılması üçün əsas etibarilə Trump-ın şəxsi vəkili Rudy Giuliani tərəfindən aylardır göstərilən təzyiqlərin kulminasiya nöqtəsi idi.

Trump-ın vəkili habelə Kiyevdən Ukraynanın guya 2016-cı il ABŞ seçkisinə demokratların xeyrinə müdaxiləsi barədə etiraf almaq istəyirdi.

Sondland Nümayəndələr Palatasına bildirmişdi ki, onun başa düşdüyünə görə belə bir iddia inandırıcı deyil.

İfadə verdiyi zaman “bu qanunsuz idimi” sualına Sondland cavab vermişdi: “Mən vəkil deyiləm, amma düşünürəm ki, qanunsuz idi”.

Səfir bundan əvvəlki ifadəsində hərbi yardımla Trump-ın Biden-lərin araşdırılmasına dair ricası arasında əlaqə olduğunu bilmədiyini demişdi.

Demokratlar Trump-ın öz siyasi rəqibinin təhqiq olunması məqsədilə xarici hökumətə təzyiq göstərməsini hakimiyyətdən sui-istifadə kimi qiymətləndirdiklərini deyirlər.

Trump hər hansı qanunsuzluğa yol vermədiyini bildirir və impiçment araşdırmasını “saxta” adlandırır.

Demokratlar administrasiya rəhbərinin ifadə verməsini istəyirlər

Bu arada Konqres komitələri noyabrın 5-də Trump-ın administrasiya başçısı əvəzini impiçment araşdırmasına ifadə verməyə dəvət ediblər.

İmpiçment təhqiqatçıları deyirlər ki, Mick Mulvaney-in oktyabrda təşkil etdiyi mətbuat konfransında dedikləri Trump-ın Ukraynaya Biden barədə təhqiqata başlanması üçün təzyiq göstərməsinin etirafından başqa bir şey deyildi.

Administrasiyanın bir neçə vəzifəli rəsmisi indiyədək Nümayəndələr Palatasının komitələri qarşısında ifadə verməkdən imtina ediblər.

Demokratların çoxluğa malik olduqları Nümayəndələr Palatası prezidenti impiç etmək səlahiyyətinə malikdir. Lakin bu iş bundan sonra mühakimə üçün Senata təqdim olunmalıdır.

Prezidenti vəzifəsindən yalnız Senatın hökmü uzaqlaşdıra bilər. Lakin Trump-ın respublikaçı partiyadaşlarının çoxluğa malik olduqları Senatın belə bir hökm verəcəyi inandırıcı görünmür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG