Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:46

Son sutka ərzində dünyada virusdan 1607 nəfər ölüb


İtaliyada xəstəxana, 19 mart 2020

Martın 21-i gecə yarısı açıqlanan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 300 mini keçib.

Amerika Birləşmiş Ştatları

Yoxlamadan keçən 195 mindən çox amerikalının 19 min 343 nəfərinin koronavirusa yoluxduğu aşkarlanıb. Vitse-prezident Mike Pens-in sözlərinə görə, bu sayda ətraf xəstəxana və tibb laboratoriyalarının məlumatları nəzərə alınmayıb. Bəzi KİV-lər ABŞ-da ümumi yoluxma sayının 21 mini keçdiyini yazır.

Almaniya

Yoluxucu xəstəlikləri araşdıran Robert Koch İnstitutu martın 21-də Almaniyada virusa yoluxma halları ilə bağlı yeni məlumat yayıb. Həmin məlumata görə, bu günə qədər 16,662 nəfərdə yoluxma halı qeydə alınıb və bütün müşahidə müddəti ərzində 46 nəfər ölüb.

"Alman dalğası" radiosu Baltimordakı Johns Hopkins Universitetinin (ABŞ) yayımladığı digər məlumatlara da istinad edir. Həmin məlumatlarda şənbə gününə olan məlumata görə, Almaniyada virusa yoluxanların sayı 21.828 nəfərə, ölənlərin sayı isə 75 nəfərə çatıb. Məqalə müəllifləri rəqəmlər arasındakı fərqin qismən KFM-nin federal torpaqlardan alınan hesablamaları nəzərə aldığına və məlumatları gündə bir dəfə yeniləməsinə diqqət çəkirlər.

Fransa

Surka ərzində Fransada 2 minə yaxın adamın virusa yoluxduğu xəbər verilir.

Viriusun ölkədə yayılmasından martın 21-dək Fransada 562 nəfər həyatını itirib, ümumilikdə 14 min 500 yoluxma halı qeydə alınıb.

"Vəziyyət sürətlə inkişaf edir və biz tezliklə ümumi bir epidemiya ilə qarşılaşacağıq" deyə ölkənin səhiyyə nazirliyi xəbərdarlıq edir.

Adamların çölə çıxmasına məhdudiyyətlər qoyulub. Küçəyə çıxmaq istəyən hər bir kəs bu addımını əsaslandırmalıdır. Adamlara idman etmək məqsədi ilə çölə çıxmağa razılıq verir ki, bu zaman həmin çəxslər yaşadıqları ərazidən 1-2 kilometrdən çox uzaqlaşmamalıdırlar.

Karantin qaydalarının pozuntusuna görə 135 avrodan 375 avroya qədər cərimə müəyyən edilib.

İtaliya

Italiya , COVID 19, 21 mart 2020
Italiya , COVID 19, 21 mart 2020

İtaliyada isə bir sutka ərzində ölənlərin sayı təxminən 20 faiz çoxalıb. Bu ölkədə koronavirusdan bir gündə 793 nəfər ölüb. İndiyə qədər ölənlərin sayının 4825 nəfər olduğu bildirilir. Bu barədə martın 21-də İtaliya hökuməti məlumat yayıb. Həmin məlumatda ölkə üzrə virusa yoluxanların sayının 53 mindən çox olduğu vurğulanır. Reuters agentliyinin məlumatına görə, təkcə bir sutka ərzində 6557 nəfərdə virusa yoluxma halı qeydə alınıb.

XS
SM
MD
LG