Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 23:25

Azərbaycanı karantindən tədricən çıxarmaq düşünülür


Operativ qərargahın mətbuat konfransı

Karantin rejiminin uzadılması ilə bağlı müraciət hazırlanır.

Bu barədə bugün, aprelin 15-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Operativ qərargahın hazırladığı müraciətdə karantinin sonlandırılması istiqamətində tədbirlər planı da öz əksini tapacaq.

R.Bayramlı vurğulayıb ki, tədbirlərin tədricən yumşaldılması üçün işlər davam etdirilir: "Karantin rejimi bir sıra amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən və nəzarət altında aradan qaldırılması çox vacibdir. Amma karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil. Bu, ikinci dalğa yoluxmaya səbəb ola bilər...".

Hazırda Azərbaycanda 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 404 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib.

"İşsiz, pulsuz qalmışıq" Rusiyada işləyən azərbaycanlı danışır
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Son gündə 56 yeni koronavirusa yoluxma

Son sutkada Azərbaycanda 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə bugün, aprelin 15-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahdan bildirilib.

"Hazırkı dövrədək ölkəmizdə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 404 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir", -qərargahdan qeyd edilib.

Qurumdan vurğulandığına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 75 min 397 test aparılıb.

Müştərisiz bazarlar: satıcılar nərd oynayır....
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 127 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

XS
SM
MD
LG