Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:20

Somalidəki partlayışda 29 nəfər ölüb


Somali, 25 avqust 2016

Somalinin paytaxtı Mogadişudaki beynəlxalq liman girişində partlayış baş verib. Partlayışda 29 nəfər ölüb. Partlayışı intiharçı törədib.

Bomba yüklənmiş maşın limanın girişinə çatan vaxt partlayıb.

Partlayışa görə məsuliyyəti terrorçu Əl-Qaidə təşkilatına bağlı Əl-Şabab qruplaşması üstünə götürüb.

Əl-Şabab qruplaşması Somalidə şəriət dövləti qurmaq istəyir.

Bundan əvvəl də Somalidə baş verən bir neçə terror aktına görə cavabdehliyi bu qruplaşma üstünə götürmüşdü.

XS
SM
MD
LG