Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:07

Somali paytaxtında törədilmiş partlayışda azı 231 nəfər ölüb


Moqadişuda partlayışın törədildiyi yer

AzadlıqRadiosu xəbər verir ki, Somali paytaxtında törədilmiş böyük partlayışda ölənlərin sayı 231-ə çatıb. Bu ölkə tarixində bir hücumda qurbanların sayına görə ən ölümcül terror aktı sayılır.

Rəsmilər bildirirlər ki, qurbanların sayı arta bilər, beləki partlayış nəticəsində 275 yaralı var və onlardan bəzilərinin vəziyyəti son dərəcə ağırdır.

Xəbər verililir oktyabrın 14-də Moqadişudakı otellərdən birinin yaxınlığında içi partayıcılarla dolu yük maşını partladılıb. Safari oteli hökumət binalarının bilavasitə yaxınlığında yerləşir.

Şəhərin bu hissəsində çox sayda kafe və restoranın olması bu ərazini həmişə izdihamlı edir.

Ötelin tamamilə çökdüyü və adamların xarabalıqların altından çıxarıldığı xəbər verilir.

Rəsmilər bildirirlər ki, şəhərin Madina rayonunda törədilmiş başqa bir partlayışda iki nəfər həlak olub.

Bu aktlara görə məsuliyyəti hələlik heç bir təşkilat öz üzərinə götürməyib, lakin hökumət partlayışın əl-Qaeadya bağlı əş-Şabab qruplaması ilə əlaqəli olduğuna inanır.

Baş nazir Hassan Ali Khaire deyib ki, bu təşkilatı ölənlərin kimliyi və sayı narahat etmir.

Prezident Mohamed Abdullahi Mohamed ölkədə üçgünlük matəm elan edib və Somali xalqını yaralılar üçün qan verməyə çağırıb.

Əş-Şababqruplaşması hakimiyyəti ələ alaraq İslam Dövləti qurmaq uğrunda mübarizə apardığını elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG