İran generalı Qasem Soleimani-nin doğma Kirman şəhərində keçirilən yas mərasimində yaranmış basabasda azı 56 ölən və 200-dən çox yaralanan olub. Bununla əlaqədar hərbçinin dəfni təxirə salınıb.
Dövlət televiziyası bildirib ki, basabas İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds seçmə qüvvələrinin komandanı Qasem Soleimani-nin doğulduğu Kirman şəhərində baş verib.
Yarırəsmi ISNA agentliyi xəbər verir ki, hakimiyyət orqanları nəhəng izdihamın toplaşması səbəbi ilə dəfni təxirə salıb. Mərasimin nə vaxt keçiriləcəyi bildirilmir.
Basabasın yaranmasına nəyin səbəb olduğu da bilinmir.
İnternetdə yayılmış videolarda basabasda tələf olanların meyitlərinin küçələr boyunca səpələndiyi görünür.
Bundan əvvəl qara geyinmiş on minlərlə insan Kirman şəhərinin mərkəzi meydanına toplaşmışdı.
Bu şəhərdə keçirilən dəfn mərasiminin əvvəlində İİKK komandanı general-mayor Hossein Salami qisas olaraq ABŞ-ın dəstəklədiyi yerə “od qoyulacağı” ilə hədələmişdi.
Salami söhbətin hansı yerdən getdiyini deməyib:
"Biz qisas alacağıq. Biz onların xoşladıqları və onun harada olduğunu yaxşı bildikləri yerə od qoyacağıq”.
***
İranlı general Qasem Soleimaninin cəsədi yanvarın 7-də dogma Kirman şəhərinə gətirilib.
Reutersin məlumatına görə, onunla vidalaşmağa minlərlə insan gəlib və mərasim dövlət televiziyası ilə canlı yayımlanır.
Mərasim şəhərin mərkəzi meydanında keçirilir.
Soleimani bu gün dəfn ediləcək.
İran İnqilab Keşikçiləri Qüvvələrinin rəhbəri Hüseyni Salami bird aha ABŞ-a cavab veriləcəyini bəyan edib.
"Şəhid Qassem Soleimani, düşmən üçün Qassem Soleimanidən daha təhlükəlidir" deyə Salami bildirib.
Yanvarın 6-da Tehranda da, Qasım Süleymani ilə vida mərasimi keçirilib.
Qeyd edək ki, Solleimani yanvarın 3-də Bağdad hava limanında ABŞ-ın hava zərbəsi nəticəsində ölüb.
Bu insidentdən sonra onsuzda gərgin olan ABŞ-İran münasibətlri daha da pisləşib.
İran buna görə ABŞ-ı cavab tədbirləri ilə hədələyib.
ABŞ Prezidenti Donald Trumpsa bir daha, İranın obyektlərini vurmaqla hədələyib.
Vaşinqtonun məlumatına görə, Süleymani ABŞ diplomatlarına qarşı hücum planlaşdırırmış.
Əl Qüds qüvvələrinin komandanı general Qassem Soleimani İslam Keşikçiləri Korpusunun xarici əməliyyatlarını həyata keçirirdi.
İslam Keşikçiləri Korpusu ABŞ-ın terrorçu təşkilatlar siyahısındadır. Süleymani Yaxın Şərqdə keçirilən hərbi kampaniyalarda mühüm rol oynayırdı.
Əl Qüds siə birləşməsinin Livandakı Hizbullah qrupu və Suriya prezidenti Başar Əsədlə yaxın əlaqələri var.
ABŞ-ın bu əməliyyatı, bu günlərdə Bağdaddakı ABŞ səfirliyinə edilmiş hücumdan bir neçə gün sonraya təsadüf edir.