Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Socar Rusiyada iflas olmuş zavod ala bilər


Azərbaycan Dövlət neft şirkətinin (Socar) logosu
Azərbaycan Dövlət neft şirkətinin (Socar) logosu

Rusiyada “Yeni axın” şirkətinin yaradıcısı və Tümendəki “Antipinskiy” neft emalı zavodu-nun keçmiş sahibi Dimitriy Mazurov saxlanıb.

“Kommersant”ın məlumatına görə, o, Sberbank, Promsvyazbank və Absolyut-bank-ın kredit vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.

Söhbət ümumilikdə 3 milyard dollardan da artıq vəsaitdən gedir.

Mənbənin məlıumatına görə, Mazurov, Fransaya uçmaq istəyərkən saxlanıb.

RBK isə onun, xarici səfərdən Moskvaya dönərkən saxlandığını xəbər verir.

Moskva Tverskoy məhkəməsi iyulun 15-də onun barəsində həbs-qətimkan tədbiri seçməlidir.

Forbec-dəki mənbənin məlumatına görə, istintaq komitəsi və prokurorluğa ərizəni Antipinskiy neft emalı zavodu verib, amma faktın təşəbbüskarı Sberbank-dır.

Mazurov bu zavodu sıfırdan Sberbankdan götürdüyü kreditin hesabına tikib.

Rusiyada ən böyük müstəqil zavodu olan Antipinskiy neft emalı zavodu-nun illik gücü 9 milyon tondur.

Mazurov və onun tərəfdaşları ötən il zavaoda neft almaq üçün vəsait tapa bilməmədilər və zəruru maliyyələşmə əvəzində zavoda idarəçiliyi Sberbanka verdilər.

İndi zavod iflas prosesindədir.Buna görə də Sberbank alıçı axtarışına başlayıb. Əsas iddiaçı Azərbaycanın Socar dövlət neft şirkətidir.

Zavodla həmçinin “RussNefti” şirkətinin sahibi Mikhail Gutseriyev və LUKOYL şirkəti də maraqlanırdı.

Buna da bax: SOCAR Rusiyada zavod ala bilər

XS
SM
MD
LG