Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:37

SOCAR-ın vitse-prezidentinin adından istifadə edən qohumuna 9 il 6 ay həbs istənildi


Xaliq Məmmədov
Xaliq Məmmədov

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi olmuş Bənövşə Süleymanovanın 9 il 6 ay azadlıqdan məhrum edilməsi istənilib.

Sentyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı bu təkliflə çıxış edib.

Prokuror deyib ki, B.Süleymanovaya CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə verilmiş ittiham məhkəmədə də təsdiqini tapıb.

B.Süleymanova müxtəlif adamlardan onların özlərini və ya ailə üzvlərini işə düzəltmək adı ilə pul alıb aldatmaqda suçlanır. O, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun qohumudur. Pul vermiş zərərçəkmişlər də məhkəmədə deyiblər ki, onlar bu qohumluğu nəzərə alaraq, B.Süleymanovanın iş düzəldə biləcəyini fikirləşiblər.

Süleymanova zərərçəkmişlərdən pul aldığını təsdiqləyir. Amma deyir ki, bu işi keçmiş həyat yoldaşının təhriki ilə görüb, həmin pullar da ona çatıb:

«İstintaq dövründə Elmar mənə nə deyibsə, onu yazmışam. Bir evdə yaşamışıq. Məni aldadacağını haradan bilərdim? O pullarla özünə biznes qurdu, kafe açdı. Sonra da məni dəlixanaya saldırıb, boşandı. Mənə uşağımı göstərmirdi».

Elmar Paşayev isə keçmiş həyat yoldaşının ona böhtan atdığını deyir:

«Mən əvvəllər də bizneslə məşğul olmuşam. Bənövşənin qazancı ilə biznes qurmamışam. Universitetdə oxumağa başlayan dövrdən də işləmişəm. Mənim Bənövşənin puluna ehtiyacım olmayıb».

Sentyabrın 13-də B.Süleymanovanın vəkili çıxış edəcək, özü də son sözünü deyəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG