Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:54

'SOCAR yenə bizə yalan deyib'


SOCAR
SOCAR

Bu gündən – sentyabrın 20-dən Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları satışdadır. Artıq istiqrazlar üzrə emissiya prospekti Bakı Fond Birjasının saytında dərc olunub.

Ancaq emissiya prospekti qiymətli kağızları qeydə alan Maliyyə Bazarlarına Nəzarət Palatasının və emitent - SOCAR-ın saytlarında hələ də dərc edilməyib.

«Qiymətli kağızlar bazarı haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Palata təsdiqlədikdən sonra emissiya prospekti vahid məlumat resursunda, fond birjasının və SOCAR-ın internet saytlarında açıqlanmalı idi.

İNVESTORLAR 5 İL GÖZLƏMƏLİ OLACAQLAR

Emissiya prospekti bir məqamı da üzə çıxarıb. AzadlıqRadiosuna şirkətin istiqrazlarını dəyərləndirən hüquqşünas Əkrəm Həsənov sentyabrın 10-da demişdi ki, bank əmanətindən fərqli olaraq, istiqraza qoyulan pulu yalnız 5 ildən sonra geri götürmək mümkün olacaq. Bir gün sonra SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov ekspertin rəyinə belə münasibət bildirmişdi: «İstiqraz sahibləri 5 il gözləməyə məcbur deyillər, hər an istiqrazlarını SOCAR-a satıb, yatırılan vəsaitlərini geri ala bilərlər».

Buna da bax-Rövnəq Abdullayev 22 ilin uğurlarından yazdı

Lakin emissiya prospektinin 6-cı səhifəsində konkret yazılıb: «İstiqrazların emitent tərəfindən geri satın alınması nəzərdə tutulmur».

Əkrəm Həsənov bir daha vurğulayır ki, investorlar istiqraza qoyulan pulu 5 il gözləməli olacaqlar: «Deməli, SOCAR yenə bizə yalan deyib. İndi başa düşdünüz, emissiya prospekti niyə dərc edilmirdi və hələ də tələb olunan bütün resurslarda dərc olunmayıb? Bəlkə, hələ başqa məqamlar da var».

SOCAR 5 il müddətinə illik gəlirlik dərəcəsi 5 faiz və hər birinin nominal dəyəri 1000 dollar olan 100 min ədəd təminatsız istiqraz buraxır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG