Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:35

SOCAR istiqrazlarının təqdimatı olub


SOCAR
SOCAR

Sentyabrın 16-da SOCAR istiqrazlarının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə istiqrazlar barədə reklam filmi nümayiş etdirilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, bu il sentyabrın 20-dən etibarən istiqrazlar satışa çıxarılacaq. İstiqrazlar ABŞ dolları ilə illik 5 faiz gəlirli, 5 il müddətli və 3 aydan bir ödənişli olacaq.

Satışda son tarix bu il oktyabrın 10 müəyyən edilib.

Bir istiqrazın nominal dəyərinin 1000 ABŞ dolları olacağı bildirilir.

İstiqrazların buraxılışı tək mərhələdə və 100 milyon ABŞ dolları həcmində olacaq. İlk yerləşdirilmə zamanı SOCAR istiqrazlarını Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edəcək.

SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir.

Buna da bax-Ekspert: 'SOCAR-a niyə güvənməliyik ki?'

Eyni zamanda investorların sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə biləcəkləri deyilir. Xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda satın alması mümkün olacaq.

İstiqrazlar bütün növ vergilərdən azaddır.

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov da istiqrazların əhəmiyyətindən danışıb.

«SOCAR istiqrazlarının ölkənin qiymətli kağızlar və maliyyə bazarlarının inkişafında müstəsna xidmətləri olacaq. Bu istiqrazlar dövlət-vətəndaş həmrəyliyinə öz əhəmiyyətli töhfəsini verəcək», - deyə N.Əmirov əlavə edib.

XS
SM
MD
LG