Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 06:24

Sobyanin: Moskvada 200 min nəfər işsiz qala bilər


Moskvadakı Qorki parkında şüşətəmizləyən
Moskvadakı Qorki parkında şüşətəmizləyən

Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumuna görə çox sayda xarici şirkət Rusiya bazarını tərk edib və bu proses davam etməkdədir

Moskva meri Sergey Sobyanin aprelin 18-də bildirib ki, xarici şirkətlərin Rusiya bazarından getməsi səbəbilə paytaxtın 200 min sakini işsiz qala bilər.

Merin yazdığı bloqda deyilir ki, bu adamlara müvəqqəti işlər veriləcək.

Sobyanin yazır ki, işsiz qalan və ya işdən çıxarılma təhlükəsi olanların dəstəyi üçün tədbirlər proqramı hazırlayıb.

Mer bildirir ki, bu məqsədlərə 3 milyard rubl (36 milyon dollar) vəsait ayrılıb.

Proqramda ilk növbədə ölkədən gedən xarici şirkət əməkdaşlarının işlə təmin olunması nəzərdə tutulub.

“Park işləri”

Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumuna görə çox sayda xarici şirkət Rusiya bazarını tərk edib və bu proses davam etməkdədir.

Sobyanin işsiz qalan moskvalılara arxivlərin qaydaya salınması, avadanlıq təmiri, parklarda ictimai işlər və buna bənzər “məşğuliyyət” təklif edir.

Paytaxt meri bildirir ki, işsizlərə “Mənim sənədlərim” dövlət xidməti, “Sağlam Moskva” yay pavilyonları, parklar və başqa şəhər təşkilatları kömək edəcək.

Hakimiyyət bildirir ki, 12 min nəfərə yeni ixtisas təlimi, 39 min nəfərə isə müvəqqəti ictimai işlər veriləcək. Amma bu rəqəmlər işsiz qala biləcək 200 minin yanında çox kiçik görünür.

Lakin Rusiya prezidenti Vladimir Putin aprelin 18-də keçirdiyi hökumət müşavirəsində deyib ki, Rusiyaya qarşı sanksiyalar işləmir və bu onları qoyanların özlərinə ziyan vurur.

XS
SM
MD
LG