Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:33

Sobçak seçki platformasını açıqladı


Ksenia Sobchak

Prezident olmaq istəyən rusiyalı teleaparıcı Kseniya Sobçak seçkiqabağı platformasını açıqlayıb.

"123 çətin addım" adlanan platformada deyilir ki, Sobçak seçkidə qalib gələrsə, prezident respublikasından parlament idarəçiliyinə keçiləcək.

O, prezident seçilərsə, siyasi təşəbbhüslərə maneçilik törədən qanunları ləğv etməyi, iri dövlət müəssisələrini və dövlət monopoliyalarını özəlləşdirməyi, müdafiə xərclərini və dövlət aparatının saxlanmasına ayrılan pulları azaltmağı planlayır.

Sobçak pensiya islahatı aparmağı, Mədəniyyət Nazirliyini ləğv etməyi hədəfləyir.

O, "elan olunmamış müharibələrə son qoymağı", Avropa Birliyi ilə assosiasiya sazişi bağlamağı da planlayır.

Rusiyada prezident seçkiləri gələn ilin martında olacaq.

XS
SM
MD
LG